Azərbaycan Premyer Liqasında XXXII tur start götürüb.
Prosport.Az xəbər verir ki, açılış matçında turnir cədvəlində qonşu olan komandalar - "Sabah" və "Səbail" qarşılaşıb.
"Bank Respublika Arena"da keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 22-ci dəqiqədə Con İrasabal açıb. 39-cu dəqiqədə Cesse Sekidika fərqi iki topa çatdırmaqla yekun hesabı müəyyənləşdirib.
Bu nəticənin ardından Krunoslav Renduliçin komandası xal ehtiyatını 49-a çatdırıb. "Dənizçilər" isə 42 xalda qalıb.
Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-da baş tutacaq.