Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Finala çıxmağımıza görə sevinmək ağılsızlıq olar" - Rəşad Sadıqov
    24.04.2024 21:38:02

    "Zirə" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

    Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Futbolçularımı təbrik edirəm. İlk matçın son dəqiqələrində buraxdığımız qol "Qəbələ"yə əlavə motivasiya verirdi. Rəqibin geridə qalan üç həftə ərzində verdiyi açıqlamalar da bizdə əlavə narahatlıq yaradırdı. Maksimum konsentrasiya olmağa çalışdıq. Çünki bu tip oyunlarda ən vacibi oyuna köklənməkdir. İlk dəqiqələrdən futbolçularımda böyük diqqət və intizamı hiss edirdim. Yaxşı da başladıq. Bilirik ki, Kaxaber Sxadadze arxadan oyun qurmağı, topa nəzarət etməyi sevir, kombinasiyalı futbola üstünlük verir. Biz də çalışırdıq ki, pressinq tətbiq edək və onlara hücum qurmaqda problem yaradaq. Müəyyən səviyyədə alınırdı, hardasa da rəqib pressinqdən çıxırdı. İkinci yarıda hücum xəttinə daha gümrah oyunçuları əlavə edib, nəticəni öz xeyrimizə çevirmək istəyirdik. Şükür Allaha, alındı. Vladislav Kulaç gözəl zərbə vurdu, Rafael Utziq də baxımlı qola imza atdı. Bu da bizi sevindirir. Çox güc sərf etdik. Dörd gündən sonra bizi mövsümün bəlkə də ən vacib oyunu gözləyir. Məcburuq ki, kubok matçını tez unudaraq çempionat görüşünə köklənək.

    - Böyük ehtimalla, finaldakı rəqibiniz "Qarabağ" olacaq. Belədə, kuboku qazanmaq xəyalınız çətinə düşmür?

    - Məqsəd, hədəf var. Hər bir komanda mövsümü titulla başa vurmaq istəyir. Xüsusilə də bu mövsüm. Biz də bunu istəyirik. Çünki finala qədər ağır yoldan keçdik. Yeganə komandayıq ki, 1/8, 1/4 və yarımfinalda yüksək liqa klubu üzərində qələbə qazanmalı olduq. İstəyirik ki, finalda da qazanan tərəf biz olaq. Rəqibimiz bu gün məlum olacaq. İndi final haqda düşünmək düzgün olmazdı. Dörd gündən sonra vacib oyunumuz var. Kuboku kənara qoyub, çempionat barədə düşünəcəyik. Rəhbərliyin qarşımıza qoyduğu hədəf var: avrokuboklara düşmək. İstər kubok, istərsə də çempionat yolu ilə. Amma çempionat elə keçir ki, "Neftçi" üzərində qələbə qazanırsan, digər tərəfdən rəqiblər də üç xal əldə edir. Hansısa üstünlük yarada bilmirsən. Görünən odur ki, bizi çox gərgin sonluq gözləyir. Qarşıdakı oyunları fikirləşirik. Hansısa yanlış davranış bizə ciddi problem yarada bilər. Bir aya çempionatda beş oyun var. Onları düşünürük. Son turda evdə "Səbail"lə oynayacağıq. Avrokuboklara iddialı rəqibdir. Son tur həmişə fərqli olur. Bu oyunları düşündükcə, hansısa işin yaxşı getməsindən və finala çıxmağımıza görə sevinmək ağılsızlıq olar. Gözümün qabağında hazırda beş oyun canlanır.

    Futbol

    "Bu, möhtəşəm bir desert kimidir" - Valdas Dambrauskas

    29.07.2026 18:13:22
    Futbol

    Millimizin futbolçusu Macarıstan klubuna keçdi

    29.07.2026 17:08:40
    Futbol

    "Qarabağ"ın sabiq qapıçısı rəsmən Superliqa klubunda

    29.07.2026 16:44:15
    Futbol

    Premyer Liqa klubunda ayrılıq

    29.07.2026 16:00:14
    Futbol

    "Cavab görüşünə də ciddi hazırlaşmışıq" - Ruan Renato

    29.07.2026 15:33:49
    Futbol

    "Daha 4-5 legioner cəlb etməyi düşünürük" - Rəşad Sadıqov

    29.07.2026 15:21:40
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Dünya çempionatı: Yunan-Roma güləşində "qızıl" olmadı

    29.07.2026 18:55:45

    "Bu, möhtəşəm bir desert kimidir" - Valdas Dambrauskas

    29.07.2026 18:13:22

    İtaliyalı məşhur voleybolçu Azərbaycanda oynayacaq

    29.07.2026 17:39:13

    Millimizin futbolçusu Macarıstan klubuna keçdi

    29.07.2026 17:08:40

    "Qarabağ"ın sabiq qapıçısı rəsmən Superliqa klubunda

    29.07.2026 16:44:15

    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - FOTOLAR

    29.07.2026 16:21:50

    Premyer Liqa klubunda ayrılıq

    29.07.2026 16:00:14

    "Cavab görüşünə də ciddi hazırlaşmışıq" - Ruan Renato

    29.07.2026 15:33:49

    "Daha 4-5 legioner cəlb etməyi düşünürük" - Rəşad Sadıqov

    29.07.2026 15:21:40

    Emmanuel Addai yenicə keçdiyi komandadan ayrılır

    29.07.2026 14:41:13

    Kipr klubu Murad Məmmədovu icarəyə verə bilər

    29.07.2026 14:19:54

    “Qarabağ”la oyuna ən yaxşı formada köklənməyə çalışırıq" - Anxelo Martino

    29.07.2026 13:43:01

    "Cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyilik" - MOİK-in baş məşqçisi

    29.07.2026 13:17:19

    "Çox keyfiyyətli komandaya uduzduq" - KuPS-un baş məşqçisi

    29.07.2026 12:45:57

    İdmançımız Qahirədə qızıl medal qazandı

    29.07.2026 12:10:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved