Macarıstanın "Ferentsvaroş" klubu “Qarabağ”ın futbolçusu Juliu Romau üçün Ağdam klubuna yeni təklif göndərməyib.
Prosport.Az xəbər verir ki, bu barədə Macarıstanın “Üllői út 129” portalı məlumat yayıb.
Halbuki Budapeşt təmsilçisinin braziliyalı yarımmüdafiəçi üçün Azərbaycan çempionuna yeni təklif göndərdiyi ilə bağlı xəbərlər yayılmışdı. Qışdan bu yana Juliu Romaunun xidmətində maraqlı olan macarlar onu yayda heyətinə qatmağı planlaşdırırdı.
26 yaşlı futbolçu "Qarabağ"a 2022-ci ilin iyulunda Portuqaliyanın “Santa Klara” klubundan keçib. Onun Ağdam klubu ilə 2026-cı il iyunun 30-na qədər müqaviləsi var.

