Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Eldəniz Əzizli: "İlk yarışa dayım Şahin Diniyevin pulu ilə getdim" – VİDEO
    23.04.2024 15:17:12

    Azərbaycanın yunan-Roma güləşçisi, 3 qat dünya, 2 qat Avropa çempionu Eldəniz Əzizli PFL-in mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az xəbər verir ki, o futbola olan marağından və sevgisindən danışıb.

    – Güləşdən sonra ən çox sevdiyiniz idman növü hansıdır?
    – Futbol güləşdən sonra ən sevdiyim idman növüdür. Güləşi seçməsəydim, düşünürəm ki, futbolçu olardım.

    – Uşaqlıqda futbol oynadığın günləri necə xatırlayırsınız?
    – 90-cı ilin uşaqları daha yaxşı xatırlayar. Biz əvvəllər indiki dövr uşaqlarından fərqli, daim küçələrdə futbol oynayırdıq. Şahin Diniyev dayım olduğu üçün məhlədə hər zaman mənim topum olurdu. O vaxt rayon yerində top tapmaq çətin idi. Həmişə topum olduğu üçün komandanın heyətini mən qururdum. Kimin harda oynayacağını, kimin qapıda, hücumda olacağını mən göstərirdim.

    – Topunu götürüb oyunu tərk edən uşaqlardan olmusunuz?
    – Yox, heç bir zaman topu götürüb evə gedən uşaq olmamışam. Sona qədər mübarizə aparmışam.

    – Azərbaycanda hansı kluba azarkeşlik edirsiniz?
    – Azərbaycanda böyük əksəriyyət “Qarabağ”ın azarkeşidir. Mən də “Qarabağ”ın uğurlarına çox sevinirəm. Qurban Qurbanov dostumuz, böyük qardaşımızdır. Onun uğurları çox sevindirir. Rəşad Sadıqov da bizim dostumuzdur. Onun da uğurlarına sevinirəm. Amma illərdir ki, “Neftçi”dən maaş aldığım, bu klubu təmsil etdiyim üçün “ağ-qara”lar mənim üçün daha əzizdir.

    – Şahin Diniyev sizin futbolçu olmağına çalışıb?
    – Şahin Diniyev futbola gəlməyimdə çox israrlı idi. Amma Allaha şükür ki, güləşdə qaldım. Güləşdə qazandığım uğurlar Azərbaycan üçün daha yaddaqalandır.

    – Futbol sizin üçün nədir?
    – Dayım uşaqları, dayım özü də futbol oynayıb. Bunlar hamısı gözümün önündə olub. Bir an geriyə baxdıqda görürəm ki, futbol həyatımda böyük yer tutur. Məşqlərdən vaxt tapan kimi futbol oynayırıq. Bu bir ənənəyə çevrilib. Sərbəst və yunan-Roma güləşçiləri arasında çox prinsipial görüşlər olur.

    – Bakıya gəlməyini, güləşlə ilk məşğul olduğun illəri necə xatırlayırsınız?
    – 2006-cı ildə ilk dəfə rayondan Bakıya gəldikdə kasıb ailədən paytaxta gələn gənc kimi çox çətin günlər keçirdim. Maddi cəhətdən çox sıxıntılar çəkdim. Təbii ki, bu proseslərin hamısında dayım və məşqçilərim yanımda oldu. Yadımdadır, Gürcüstanda ilk beynəlxalq turnirim oldu. O vaxt Azərbaycan Güləş Federasiyasının vəziyyəti o qədər də yaxşı deyildi. Respublika çempionatında 1-2-ci olanlar pulsuz yarışlara qatılırdı. Amma mən 3-cü olmuşdum. Öz imkanım ilə Gürcüstana getməliydim. Kasıb ailədən olduğum üçün ilk yarışıma məni dayım göndərdi və orada çempionluq yaşadım. Onun ardınca daha bir neçə dəfə qalibiyyət əldə etdim, Avropa çempionu oldum. Bunun sayəsində milli komandada mənə güvənməyə başladılar.

    – Futbolçu olsaydınız, hansı klubumuzda oynayardınız?
    – Mən futbolçu olsaydım, çalışardım ki, Azərbaycan çempionatında oynamayım. Bu gün Azərbaycan Premyer Liqasının səviyyəsi mənim istədiyim qədər uğurlu deyil. Çalışardım ki, xaricdə hər hansı bir klubda oynayım. Almaniyada oynamaq istərdim. Amma futbolda nə qədər uğurlu ola biləcəyimi deyə bilməzdim. Bu idman növündə uğur qazanmaq çox çətindir. Çünki komanda idman növüdür. Düşdüyün kollektivdən də çox şey asılıdır. Bu gün biz Lionel Messini götürsək, onun gənc vaxtlarında oynadığı “Barselona”da Şavi, Andres İnyesta, Serxyo Buskes, Karles Puyol kimi futbolçuların olması argentinalıya çox şey verdi.

    – Bəs hansı mövqedə oynamağı seçərdiniz?/
    – Nə hücum, nə müdafiə olardı. Oyun qurucusu çox xoş olardı. Yunan-Roma milli komandasının kapitanı olduğum üçün həmişə komandanın qurulmasında, təşkilində, motivasiya olunmağında əlimdən gəldiyim qədər özümdən sonra gənclərə böyük dəstək olmuşam. Orta mövqedə olub hücuma və müdafiəyə kömək etmək istəyərdim.

    – Azarkeşlik etdiyiniz klublar hansıdır?
    – İspaniya La Liqasını götürdükdə, “Barselona”, İngiltərədə “Mançester Yunayted”, İtaliya A seriyasında “Yuventus” uşaqlıqdan sevdiyim komanda olub. Almaniyada isə “Bayern”ə azarkeşlik edirəm.

    – Sizə görə ən uğurlu futbolçularımız kimlərdir?
    – Bu gün mənim üçün ən uğurlu sayılan futbolçulardan biri Rəşad Sadıqovdur. Çünki gənc yaşlardan Azərbaycan milli komandasında oynayıb və kapitanı olub. Hazırda isə Emin Mahmudovu fərqləndirərdim.

    – Futbolumuza dəstək olmaq üçün nələr edərdiniz?
    – İnanmıram ki, futbolumuza nəyisə qatmaq əlimdən gəlsin. Mən ancaq onları motivasiya edə bilərəm. Ümid edirəm ki, futbolumuz inkişaf edəcək. “Qarabağ”ımız, “Neftçi”miz və digər bizə doğma olan komandalarımız yaxşı yerlərdə olacaq, bizim futbolçularımız da Avropanın top liqalarına düşəcək.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved