"Neftçi"nin futbolçusu Rezuan Mirzov yayda klubu tərk edə bilər.
Prosport.Az xəbər verir ki, Rusiya Premyer Liqasının bir neçə komandası 30 yaşlı vingerlə maraqlanır. Bu barədə metaratings.ru saytı məlumat yayıb.
Xəbərdə Mirzovun da ölkəsinə qayıtmaq istədiyi bildirilib.
Qeyd edək ki, Rezuan Mirzov bu mövsüm "Neftçi"də 21 oyunda meydana çıxıb. Onun müqaviləsi yayda başa çatır.

