Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" müasir futbol oynayır" - Andrey Lunyov
    16.04.2024 15:15:14

    “Qarabağ”in uğurunda müxtəlif faktorların birləşməsinin rolu var: oyunçu seçimi, futbolçuların səviyyəsi, taktiki tələblər, hazırlıq və intizam”.

    Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov deyib.

    Təcrübəli qolkiper Rusiya mətbuatına müsahibəsində Azərbaycan çempionunun uğurunun sirrini açıqlayıb: “Biz müasir futbol oynayırıq, müdafiədən hücuma və əksinə sürətlə keçirik. Kifayət qədər yüksək səviyyəli futbolçularımız var. Bu da nəticə verir. “Qarabağ”da dostum oynayıb və mən keçidimə qədər komandanı izləyirdim. “Frayburq”la ötən mövsümdəki matçlarına da baxmışdım. Oyun üslubu xoşuma gəlirdi”.

    Andrey rusiyalı azarkeşlərdə yanlış fikir formalaşdığı qənaətindədir: “Bizdə belə bir stereotip formalaşıb ki, Azərbaycan kimi balaca ölkələrin komandaları yaxşı futbol göstərə bilməz. Hərçənd nümunələr yetərincədir. Hətta millidə həm Stanislav Çerçesov, həm Valeri Karpinin baş məşqçilyi dövründə Malta ilə oynayanda bizə asan olmamışdı. Balıqçı, poçtalyon adlandırılanların hamısı müasir intensiv, yüksək pressinqli futbol oynamağı öyrəniblər. “Qarabağ”ın futbolçuları avrokubok təcrübəsinə malikdirlər, yığma və klubda top-rəqiblərə qarşı oynayıblar. Buna görə də hara getdiyimi anlayırdım. Bəli, çempionat rəqabətsizdir. Amma bu, futbola qayıtmaq üçün şans idi”.

    Lunyov “Qarabağ”ın Rusiya çempionatında qızıl medallar üçün mübarizə aparacaq gücdə olduğunu düşünür: “Qarabağ”ın Rusiyada çempionluq üçün mübarizə apara biləcəyini deyən Murad Musayevlə razıyam. Çempionluq, ən azı “üçlük” üçün mübarizə aparardı. Yeganə məqam Rusiya futbolunun spesifikasıdır. O, daha qapalı və sərtdir. Uzaq məsafələrə səfərlərlə mübarizədə “Qarabağ”ı izləmək maraqlı olardı. Bəlkə də indi dəyişib, mən “Zenit”də oynayanda əksər komandalar topu rəqibə verir və ona nəzarətə də cəhd etmirdilər”.

    Andrey Azərbaycan çempionatındakı nümayiş olunan futbola da toxunub: “Azərbaycanda topu bizdən ala da bilmirlər, amma cəhd edirlər. Pressinqdən çıxmaq, topu saxlamağa çalışırlar. Ancaq uzun ötürmələr və standartlara ümid bağlamırlar. Burada yüksək pressinq etməyə çalışırlar, müdafiədə və ya meydanın yarısında oturan komandalar azdır. Bu, məni təəccübləndirdi. Bəzən 5:0, 7:0 hesabları olsa da, heç bir komanda ilə bizə asan olmur. Matçlar maraqlı vəziyyətlərlə zəngindir. Sadəcə oyunçuların səviyyəsi və taktiki gedişlər özünü göstərir”.

    Qeyd edək ki, Andrey “Qarabağ”ın heyətində 2023/24 mövsümünün çempionudur.

    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved