Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Xorvatiya mətbuatı "Sabah"ın baş məşqçisini təriflədi
    15.04.2024 14:25:09

    Xorvatiya mətbuatı Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”ın “Qarabağ”ı məğlub etməsini şərh edib. 

    Prosport.Az xəbər verirki, “gol.hr” portalı Masazır təmsilçisinin Avropa Liqasında bu mövsüm uğurlu çıxışı ilə yadda qalan “Qarabağ”a qarşı mübarizəsini xüsusi vurğulayıb:

    "Krunoslav Renduliç bir aydan bir qədər əvvəl “Sabah”a baş məşqçi təyin olunsa da, artıq kiçik möcüzə edə bildi. Onun komandası evdə "Qarabağ"ı 3:2 hesabı ilə məğlub etdi. Bir ay əvvəl “Bay Arena”da 2:0 hesabı ilə öndə olan həmin “Qarabağ” bir anlıq “Bayer”ə təhlükə yaşatmışdı. Lakin Xabi Alonsonun komandası möcüzəvi şəkildə matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə qalib gəldi. Amma az qala hamı Azərbaycan klubunu Bundesliqa lideri ilə belə cəsur oyuna görə tərifləyirdi. "Qarabağ”ın liqada izlıyicilərini xeyli geridə qoyması bu komandanın çox güclü olmasını göstərir. 30 turdan sonra ikinci pillədə qərarlaşan “Neftçi”ni 25 xal qabaqlayır.

    “Qarabağ”la oyunda Renduliç üçün hər şey plana uyğun getmədi. Artıq 7-ci dəqiqədə “Qarabağ” Andradenin qolu sayəsində hesabda önə keçdi. Amma bu qol sanki xorvatiyalı mütəxəssisin komandasını silkələdi. “Sabah” 16-cı dəqiqədə Seydiyevlə bərabərlik qolunu vurdu, Sekidika isə ilk hissədə vəziyyəti tamamilə dəyişdi. Matçın sonunadək meydan sahibləri Mütəllimovun sayəsində hesabı 3:1 etdi, Axundzadə isə 76-cı dəqiqədə “Qarabağ”ın ikinci qolunu vuraraq matçda son nöqtəni qoydu.

    Bu qələbədən sonra “Sabah”ın hələ də avrokuboklara vəsiqə qazanmaq ümidi qalır. Üçüncü pillədə qərarlaşan “Zirə” çempionatın bitməsinə altı tur qalmış onları cəmi üç xal qabaqlayır”.

    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved