Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Futbolçuların bir-birini görməkdən zəhləsi gedir" – Qurban Qurbanov
    14.04.2024 22:12:34

    "Qarabağ" Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə "Sabah"a 2:3 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – "Sabah"ı, Krunoslav Renduliçi təbrik edirəm. Məğlub olduq, bunu qəbul edirəm. Bəlkə də oyuna daha ciddi yanaşmalı idik. Deməzdim ki, məşqlərdə arxayınlıq var idi. Çox yaxşı məşqlərimiz oldu. "Sabah"da istək daha çox idi. Bəsit qollar buraxdıq. Belə oyunların bizə faydası olur. Hər bir halda məğlub olmuşuqsa, deməli bu gün yaxşı deyildik. Qarşıdakı oyunlara daha məsuliyyətli hazırlaşacağıq.

    – "Sabah" çempionatda ən çox qol buraxdığınız komandadır. Bunun xüsusi səbəbi var?
    – Ola bilər. Əllərinə düşən şanslardan istifadə edə bilirlər. Bu il "Sabah"la bütün oyunlarımız maraqlı oldu. Amma bir rəqibdən bu qədər top buraxmaq olmaz. Bəlkə də "Sabah"la matçlar futbolçuların idman formasından uzaq olduğu perioda düşür. Amma hər bir halda mən bunu qəbul etmirəm. Daha diqqətli olmalıyıq.

    – 3-cü qolu necə şərh edərdiniz?
    – Son vaxtlar hakimlər haqda o qədər danışılıb, epizodlar müzakirə olunub. Bilmirəm artıq hansı epizod qayda pozuntusudur, hansı epizod penaltidir. Dəfələrlə bildiriblər ki, əl qalxdısa, cərimə zərbəsidir. Mən mübarizənin tərəfdarıyam. Hansı qayda düzdür, onu bilmirəm. Gördüyüm qədərilə Bədavi Hüseynova dirsəyi ilə toxunur. Ümumiyyətlə Rəvan Həmzəzadə oyuna temp verən hakimdir. Bəzən də görürsən ki, belə olur. Düzələr inşallah.

    – "Qarabağ"ın çempionluğu təmin etməsinin məğlubiyyətlə əlaqəsi var?
    – Peşəkar klubuq. Nə olursa, futbolumuzu oynayırıq. Azarkeşlərimiz də bizdən yaxşı oyun, qələbə gözləyir. Nə məşqdə, nə oyunlarda belə düşüncə var. Hər oyunda maksimum nəticə istəyirik. Məğlubiyyət futbolun silinməyən qanunlarındandır.

    – Ən uğurlu mövsümündə komanda çempionatda 4 dəfə məğlub olub. Bunu nə ilə əlaqələndirirsiniz?
    – Digər komandaların da xal itkiləri çox olur. Bəlkə 6-7 məğlubiyyətlə yenə çempion olacaqsan. Bu dəfə rəqiblər daha çox xal itirdilər.

    – Mediada çempionatın formatının dəyişəcəyi ilə bağlı xəbərlər var. Siz necə düşünürsünüz, dəyişikliyə ehtiyac var?
    – Böyük futbol ölkəsi olmaq üçün əvvəlcə komanda sayı artmalıdır. Buna ehtiyac var. Futbolu sevdirmək lazımdır. Bu gün oyunlarımıza 2000-3000 azarkeş gələndə sevinirik. Komanda sayı çox olsa, azarkeş kütləsi də artacaq. Bunlar çox vacibdir. Amma bundan da vacibi keyfiyyətdir. Düzgün qərar verilməlidir. Çətinliklər həmişə olur. Gedişatda bunu düzəltmək olar. Yaxşı layihə qurulsa, futbolu canlandıra bilərik. Sabah 4-5 komanda çempionata gələcəksə, onların problemi olmayacaqsa, böyük məmnuniyyətlə buna razıyam. Niyə bizdə 16-18 komanda olmasın? Bir komandaya qarşı 4 dəfə oynamaq azarkeş üçün bəlkə də maraqlıdır. Amma bizim üçün maraqsızdır. Kuboku da nəzərə alsaq, 6 dəfə olur. Futbolçuların bir-birini görməkdən zəhlələri gedir.

    Səbuhi Musa

    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved