Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, günün son matçında "Sabah" və "Qarabağ" komandaları üz-üzə gəlib.
"Bank Respublika Arena"da keçirilən görüşdə meydan sahibləri çempionluğu daha əvvəl təmin edən Ağdam təmsilçisinə 3:2 hesabı ilə qalib gəlib. Bakı klubunun heyətində Amin Seydiyev, Cesse Sekidika və Tellur Mütəllimov fərqlənib. Qonaq komandanın qollarını isə Leandro Andrade və Nəriman Axundzadə vurub.
Qeyd edək ki, turun digər görüşlərində "Sumqayıt" "Zirə" ilə bərabərə qalıb – 0:0. "Turan Tovuz" "Qəbələ"ni 2:1, "Neftçi" "Araz Naxçıvan"ı 3:0 məğlub edib. "Səbail" – "Kəpəz" oyununda isə 3:3 hesabı qeydə alınıb.

