Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəhbərlik mənə söz verib" - Elmar Baxşıyev
    13.04.2024 22:00:10

    "Müəyyən çatışmazlıqlar var idi, onlar da göründü. Amma gələcəyə ümid verən müsbət məqamlar da var idi".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XXX turunun "Neftçi" ilə keçirilmiş oyunundan (0:3) sonra mətbuat konfransında deyib.

    O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

    - İstədiyiniz komandanı görməyiniz üçün nə qədər vaxt lazımdır?

    - Mövsümün sonuna 6 tur qalıb. Çalışacağıq ki, növbəti matçlarda yaxşı çıxış edək. Rəhbərliyin layihəsi məni cəlb etdi. Mən də dərhal çox düşünmədən təklifi qəbul etdim.

    - Komandanın rəhbərlik ilə bağlı problemi olduğu iddia olunur. Bu sizi çəkindirmir?

    - Beş gündür ki, komandadayam. Məni tanıyan hamı bilir ki, komandadayamsa, burada cavabdeh şəxs mənəm. Rəhbərliklə görüşdə də öz tələblərimizi açıqlamışıq. Siz nəyi nəzərdə tutursunuz? Rəhbərlik futbol oynamır. Ümumi işin daha da yaxşılaşdırılacağına çalışacaqlar. Mənə söz veriblər. Futbolçular mənim rəhbərliyim altında məşq edib, oyunlara hazırlaşırlar.

    - Komandaya və sizə rəhbərlik tərəfindən müdaxilələr edilməyəcək?

    - Niyə olunmalıdır ki? Mənə inanıb gətiriblərsə, nəticə və komandaya cavabdeh şəxs mənəm. Məndən qabaq nə olub? İnanıram ki, mənimlə belə davam edəcəklər.

    - Rəhbərlik sizin qarşınıza hansı hədəfi qoyub? Avrokuboklara yollanmağınız realdır?

    - Avrokuboklara da hazır olmaq lazımdır. Sadəcə, rəhbərliklə söhbətimiz olanda, bizdən daha müqavimətə dözümlü komanda yaratmağımı istədilər. Avrokuboklara oynamalıyıq deyə anlayış yoxdur. Komanda olaraq, ona da hazır olmalısan, onun üçün yaxşı oyunçulara sahib olmalısan. Yəni, bu istəklə olan bir şey deyil. Gündəlik iş prosesidir ki, onları qaydasına qoyduqdan sonra komanda özü də həmin iddianı bizə qaytaracaq. Altı tur qalıb. Hər oyuna maksimum nəticə üçün çıxmaq məcburiyyətindəyik. Oyun keyfiyyətini daha da yaxşılaşdırmaq lazımdır ki, gələcəkdə komanda yeni pilləyə yaxınlaşsın. Birinci ilin komandasıyıq. Siz bu komandadan başlayan kimi nəsə gözləməyin. Bu komanda günü-gündən oyun planında inkişaf etməlidir. O yerinə düşdükdən sonra iddiadan daha rahat danışmaq olar.

    - "Neftçi" bu gün nəyin hesabına "Araz-Naxçıvan"ı üstələdi? Yenidən taktika verməli olsaydınız, nələri dəyişərdiniz?

    - Birinci və 45-ci dəqiqədə qollar buraxdıq. Bu da konsentrasiyanın aşağı olmasından irəli gəlir. Biz səhv etdik, rəqib də yararlandı. "Neftçi"nin bizdən üstün oynadığını düşünmürəm.

    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved