Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 2:1. 49-cu dəqiqədə "Qəbələ"nin futbolçusu Əyyub Allaş hesabı açıb. 81-ci dəqiqədə Aleks Souza bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Belaydi Pusi görüşdə son nötqəni qoyub.
Sonuncu – 10-cu pillədə qərarlaşan "Qəbələ" 15 xalda qalıb. Qonaqlar hələlik 42 xalla 5-ci yerdədir.
Qeyd edək ki, günün 2-ci görüşündə "Neftçi" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Ötən gün "Sumqayıt" – "Zirə" qarşılaşması qolsuz başa çatıb. Tura aprelin sabah yekun vurulacaq.
Səbuhi Musa

