Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Söyüşə icazə var?" – Samir Abasov
    12.04.2024 22:51:03

    "Sumqayıt" Azərbaycan Premyer Liqasının XXX turunda doğma meydanda "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Bu oyundan sonra bir Sumqayıt sakini olaraq komandanın oyununa gələrdiniz?
    – 100 faiz gələrdim. Komanda pis oynamadı, turnir cədvəlindəki yeri pis deyil. Bu gün düşünmürəm ki, onları üzəcək bir şey etdik. Oyunda gərginlik var idi, hücumlar edirdik. Azarkeşlər pis günümüzdə də yanımızda olmalıdır.

    – Son oyunlarda "Sumqayıt"ın nəticələrinə hakimlərin səhvini önə çıxararaq kölgə salırlar. Bu, oyunlarınıza necə təsir edir?
    – Son 2 oyunda baş verənlərin bizimlə əlaqəsi yoxdur. Bir az yox, yetərincə təzyiq gəldi. Ümumiyyətlə bu haqda danışmaq istəmirəm. Kim desə ki, hakimlər "Sumqayıt"a kömək edir, həmin adamla oturub danışa, suallarına cavab verə bilərəm. Bu polemikaya girsəm, uzun söhbətlər olacaq. Mənim özümə də xoş olmayacaq. Dediklərim saytlara qoyulacaq, şərhlər, söyüşlər...

    – Bu gün "Sumqayıt"ın hakim köməyinə ehtiyacı var?
    – Kimsə bizi gətirib olduğumuz yerdə otuzdurmayıb. Son 2 oyundan danışırıqsa, həmin komandalarla digər matçlarımıza baxaq. Həmin iki komandadan oyun baxımından üstünük. Qış fasiləsindən sonra uzun seriya yaxalamışdıq. "Qarabağ"la oyunda seriyamız qırıldı. Düşünmürəm ki, hansısa klubumuzun hakimə ehtiyacı olsun. Həmin oyunlarda biz də nələrsə ortaya qoya bilərik. Məsələn, niyə Roy Kehatın qolu sayılmayıb? Amma biz bunun üzərinə getmirik. Həmin klublara da təşəkkür edirəm ki, bizə tərəf yozmadılar. Bu söhbətləri ört-basdır etmək lazımdır. Bizə heç də xoş deyil. Bu gün də hakimin yox, öz hesabımıza qələbə qazanmaq istəyirdik. 

    – İlk yarının sonunda hakimlə mübahisə etdiniz. Həmin epizodda nə baş vermişdi?
    – Meydanda olan epizodlara görə idi. Sarı vərəqələr məni də dilə gətirəcək. Referilərə qarşı mülayim davranmışam. Bilmirəm, mütləq sarı vərəqə verilməlidir deyə qanun qoyulub, yoxsa necədir. Bu gün mənə verilən sarı vərəqə yersiz idi.

    – İlk hissədə "Zirə", 2-ci hissədə isə "Sumqayıt" yaxşı oynadı. Bu, taktiki gediş idi?
    – Mənimlə sizin baxışınız fərqlidir. Siz yuxarıdan baxırsınız, mən oyunun içində idim. İlk 10-12 dəqiqədə komandamda çaşqınlıq baş vermişdi. Oyuna nəzarəti ələ keçirəndən sonra bir az rahatlaşdıq. Nəzarət bizdə olsa da, təhlükəli nəsə edə bilmirdik. Amma 2-ci hissədə daha ürəkli olduq, başqa futbol oynadıq.

    – İddialı komandalar arasında ən az büdcəsi olan "Sumqayıt"dır. Son zamanlar mətbuatda komandanız barədə müxtəlif xəbərlər çıxır. Sizə elə gəlmir ki, rəqibləriniz mətbuat yolu ilə üzərinizdə təzyiq yaradır?
    – Söyüşə icazə var? Biz bunu vecimizə almırıq. Ən yumşaq formada deyirəm. Bu bizə təzyiq deyil. Onları çox yaxşı başa düşürəm. Həmin klubların rəhbərləri soruşanda ki bu qədər pul ayırmışam, niyə komanda bu yerdədir, bir şey deməlidirlər. Buna görə də media, sosial şəbəkələr vasitəsilə danışırlar. Mən və futbolçularım buna fikir vermirik. Bu il mediadan xoş sözlər almışıq.

    – Komanda avrokuboklara vəsiqə qazansa, büdcə artacaq?
    – İnşallah, azalmasın. Artırmaq barədə rəhbərliklə danışmamışıq. Vəsiqəni qazanaq, baxarıq.

    Səbuhi Musa

    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved