Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
Prosport.Az xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç 19:00-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 43 xalla 4-cü, bakılılar isə 45 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.
Premyer Liqa
XXX tur
12 aprel (cümə)
19:00. "Sumqayıt" – "Zirə"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

