Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Olimpiadaya lisenziya qazanan güləşçilərimizin FİKİRLƏRİ
    8.04.2024 09:37:26

    Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində 5 idmançımız Paris Olimpiadasına lisenziya qazanıb. Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurməhəmmədov (86 kq) və Georgi Meşvildişvili (125 kq) uğura imza atıb.

    Prosport.Az onların fikirlərini təqdim edir:

    Əliabbas Rzazadə: "Bütün azarkeşlərə – istər tribuna qarşısında olan, istərsə də televiziyadan izləyənlərə öz minnətdarlığımı bildirirəm. Doğma divarlar arasında güləşmək həqiqətən də ayrı hissdir, böyük motivasiya verir. Yarışa güclü hazırlaşmışdıq. Sağ olsun, məşqçilərimiz Cəbrayıl Həsənov və Xetaq Qazyumov. Qarşıma məqsəd qoydum. Allaha şükürlər olsun ki, Olimpiya Oyunlarına lisenziyanı təmin etdim. Qarşıda məni daha çətin sınaq gözləyir. İnanıram ki, belə güləşib Paris Olimpiadasında da qələbəmin davamını gətirəcəyəm. Olimpiadada əsas rəqibim Rusiyadan olan güləşçi (kumık Zaur Uquyevi nəzərdə tutur – red.) olacaq. Məqsədim ona da qalib gəlib olimpiya qızılıdır".

    Hacı Əliyev: "İlk növbədə sevinirəm ki, bu qədər azarkeşin önündə məğlub olmadım, onları sevindirdim. Artıq 3-cü dəfədir ki, Olimpiya Oyunlarına vəsiqə qazanıram. Uzun müddət çıxış etməyimə baxmayaraq, bu yarış karyeramda ən vacibi idi. Olimpiadalarda 1 dəfə 3-cü, 1 dəfə də 2-ci olmuşam. İnşallah, Parisdə qızıl medal qazanaram. Dizlərim neçə vaxtdır ki, zədəlidir. Demək olar ki, 2 aya yaxın məşq keçməmişəm. Əsas odur ki, əlim qalxdı. Ən vacibi budur".

    Turan Bayramov: "Bu yarışa ciddi hazırlaşmışdım. Bu yarış Azərbaycanda keçirildiyi üçün ikiqat ruhda köklənmişdim. Dünya çempionatında sona 3 saniyə qalmış lisenziyanı əldən verdim. Yarımfinalda qarşılaşdığım İtaliya təmsilçisi olan rəqibim çox güclü güləşçidir. Ona London Olimpiadasının yarımfinalında gəncəli Toğrul Əsgərov qalib gəlmişdi. Frank Çamisonu ancaq gəncəlilər məğlub edə bilərdi".

    Osman Nurməhəmmədov: "Azərbaycan, Bakı mənim 2-ci vətənimdir. 7-8 ildir ki, burada yaşayıram. Bura məni mənəvi böyük qardaşım, millinin məşqçisi Şərif Şərifov gətirib. Məşqçilər heyətinə minnətnətdarlığımı bildirirəm. Qarşıdakı hədəf Olimpiya Oyunlarıdır. Komanda göstərdi ki, yaxşı formadadır. Bu cür davamlı dəstək olacaqsa, Parisdə 1 deyil, bir neçə qızıl medal qazana bilərik. Yunan-Roma və qadın güləşçilərimiz üzülməsin. Onların bəxti gətirmədi. İnanıram ki, gələn ay İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində onlar uğurlu olacaq. Biz daim bir-birimizə dəstək veririk, hoteldə bir-birimizə məsləhətlər veririk, yaxşı və dar gündə bir yerdəyik. Təbii ki, Olimpiadada əsas rəqibim amerikalı Deyvid Teylor olacaq. Ancaq məğlubedilməz rəqib yoxdur".

    Georgi Meşvildişvili: “Komanda, federasiya, məşqçi korpusu qarşısında məsuliyyətim var idi. Qələbə üçün əlimdən gələni etdim. Uğuruma görə bütün məşqçi heyətinə təşəkkürümü bildirirəm. Federasiya da bizim üçün hər cür şəraiti yaratmışdı. Xüsusən də, azarkeşləri vurğulamalıyam. Onlarsız mümkün olmazdı. Olimpiadada bütün rəqiblər yaxşıdır. Yarışa yüksək səviyyədə hazırlaşmaq lazımdır. Bütün idmançıların əsas arzusu olimpiya qızılını qazanmaqdır. Hamı bunun uğrunda döyüşəcək”.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının və klubunun adı dəyişdirildi, "Azərmaş" sponsor gəldi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved