Futbol üzrə Ukrayna Premyer Liqasında XXIII turun görüşləri keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Emil Mustafayevin formasını geyindiyi "Polesye" səfərdə "Minay"ın qonağı olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Emil Mustafayev də bu oyunun iştirakçısı olub. 22 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. O, 59-cu dəqiqədə komandasının 3-cü qolunu vurub.
Qeyd edək ki, xallarını 36-ya yüksəldən "Polesye" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

