Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Eminin mənimlə problemi varsa, özümə deməlidir" – Miodraq Bojoviç
    7.04.2024 23:01:34

    "Yaxşı oyun keçdi. Təəssüf ki, erkən qol buraxdıq. Məhz bundan sonra daha yaxşı oyun göstərməyə başladıq. Müəyyən epizodlarımız var idi, istifadə edə bilmirdik. "Sumqayıt"ın da şansları oldu, onlar əks-hücuma yaxşı keçirlər. Oyunun tempi kifayət qədər yaxşı idi. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini oynadıq. Futbolçularıma əhsən düşür, hesabı bərabərləşdirə bildilər. Qol buraxmaq təhlükəsi də var idi. Amma oyunçular sona qədər inanırdılar. Hakimlik barədə danışmağı xoşlamıram. Amma məncə, hakimlik meydandakı ən pis məqam idi. Birinci hissədə üç dəfə VAR-a müraciət edildi. "Sumqayıt"ın qapıçısı topu nə qədər saxladı, amma cəmi 1 dəqiqə əlavə olundu. İkinci hissədə isə penalti var idi, baş hakim vermədi. "Araz-Naxçıvan"la görüşdə, xatırlayırsınız da, hansı vəziyyətdə penalti verdilər. Baş hakim hər iki komandanın göstərdiyi oyunu korladı".

    Prosport.Az xəbər verir ki, bu sözləri Premyer Liqanın 29-cu turunun "Sumqayıt"la oyunundan sonra "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    - "Neftçi"ni klub vəziyyətinə gətirmək çətindir, yoxsa komanda?

    - Bu suala cavab vermək çətindir. Komanda hazırlıq mərhələsini buraxdı. Çünki uzun müddət baş məşqçi yox idi. Heç kim bilmirdi ki, komanda necə işləyir. Oyunçular haqqında nəsə deyə bilmirəm. Müəyyən vaxt keçib, hazırlığı buraxıblar. "Neftçi" daha da yaxşı oynaya bilər. Hər şeydən bir az çatışmır.

    - Rusiyada yaxşı işləmisiniz. Amma "Neftçi"də 11 çempionat oyununda 4 qələbəniz var. Nəyi dəyişməlisiniz ki, uğur qazanasınız?

    - Vaxt azdır. Güclü komanda qurmaq vaxt tələb edir. 

    - Emin Mahmudov qol vurduqdan sonra onu dəyişdiniz. Söz-söhbətlər gəzir ki, Mahmudovla aranızda sağlam münasibət yoxdur. Bu haqda nə deyə bilərsiniz?

    - Emin keçən həftə tam şəkildə məşq etmədi. Ona görə əvəzlədim. Əvəzlənəndə narazı qalması məni sevindirir. Əgər oyunçunu dəyişəndə, o sevinirsə, demək problem var. Heç bir futbolçu meydanı erkən tərk etməyi sevmir. Emin və heç bir futbolçu ilə problemim yoxdur. Onların mənimlə problemi varsa, özümə deməlidirlər.

    - Azarkeşərin oyuna gəlməməsinin səbəbi "Neftçi"nin baxımlı oyun göstərməməsidir...

    - Başa düşürəm ki, azarkeşlər razı deyil. Amma yeganə bacardığım, burada işləməkdir. Boş tribunalar qarşısında oynayırdıq. Sanki evdə deyildik. Azarkeşlər olsaydı, rəqibə təzyiq göstərərdi, 12-ci oyunçunu hiss edərdik. Biz "Sumqayıt"ın azarkeşlərini gördük. Çox deyildilər, amma onları eşidirdik.

    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved