Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi"nin futbolçuları bizim epizodları qola çevirirdi" – Samir Abasov
    7.04.2024 22:45:58

    "Hər iki komanda qalib gəlmək istəyirdi. Qalib də gələ bilərdik, uduzmaq təhlükəsi də var idi. Hər iki komandaya uğurlar arzu edirəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXIX turunun "Neftçi" ilə oyunundan (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Qol epizodlarınız çox olsa da, son nöqtəni qoya bilmədiniz. Bu qədər hücumların qolla nəticələnməməsi sizi düşündürür?

    - Düşündürsə də, dəyişə bilmərik. Bəzi epizodları əvvəlcədən işləyirik. Oyunçularımızın epizodlardan istifadə edə bilməmələri keyfiyyətə bağlıdır. İtkilərdən danışmağı sevmirəm. "Neftçi"ni məğlub edə bilərdik. Dəyişikliklərlə nəsə etmək mümkün idi. Əfsuslar olsun ki, bəzi oyunçularımız yox idi. Oktavio və Murata oynamırdı. Futbolçularımı təbrik edirəm. Sona kimi yaxşı oynadılar.

    - Səbuhi Abdullazadə haqqında nə düşünürsünüz? Qərar verməkdə çətinlik çəkir...

    - Səbuhi öz yetirməmizdir. Mən məşqçiliyə başlayanda, onu 15-16 yaşında meydana buraxmışdım. Bəli, tamamilə düz vurğuladınız. Səbuhinin yerində Murata və Oktavio olsaydı, başqa cür qərarlar görərdik. Yerlilərdən danışırıqsa, onlar oyun anlayışı olaraq, yavaş-yavaş addımlayırlar. Səbuhi bu cür epizodları çox yaşamalıdır. Roi Kehatı öz istəyi ilə dəyişdik və Səbuhini önə çəkdik. Səbuhi çox yaxşı futbolçu olacaq.

    - "Sumqayıt" avrokuboklara gedə bilməsə, futbol ədalətsizliyini görəcəyik?

    - Aşağı-yuxarı digər klublarla eyni gücdəyik. Üzülürəm ki, oyunumuz gedə-gedə heç nə edə bilmədik. Amma yan-yörəmə baxıram ki, cavan uşaqlar qalıb ehtiyatda. Desəm iki xal itirdik... Analiz edib deyə bilərəm. 100 faizlik qol epizodlarımız bir az daha çox idi. Oyunu uda bilərdik. "Neftçi"nin futbolçuları bizim yaratdığımız epizodları vurardı. Öz oyunçularımı aşağılamıram. Sadəcə, kritik qərarlar var ki, "Neftçi" oyunçuları daha dəqiq verə bilərdilər.

    - Elçin Məsiyevə yumruq göstərdiniz. Futboldan kənar olsaydı, ona nə edərdiniz? Sizə sarı vərəqə verildi...

    - Mənə hansı oyunda sarı vərəqə vermirlər ki? Həmin epizodda Rauf Cabbarov deyir ki, haqlısan, sadəcə baş hakim yalnışlığa yol verdi. Yaxşı ki, özümü cilovlaya bildim.

    - Hələ ki, "Sumqayıt"da istədiyiniz keyfiyyətdə oyunçular yoxdur?

    - Səbuhi kimi futbolçudan nəsə istəyənə qədər, ona keyfiyyəti aşılamalıyıq. Biz həmin mərhələdəyik. Səbuhi həmin pasları verə bilmədisə, buna səbrlə yanaşırıq. Amma digər komandalarda buna vaxt verməzlər. Elvin Bədəlov, Murad Xaçayev, Səbuhi Abdullazadə yaxşı futbolları ilə sıçrayış ediblər. 

    - "Neftçi" ilə oyunlarda həmişə emosional olurdunuz, bu dəfə elə olmadı...

    - Əsla, sakitçilikdən söhbət gedə bilməz. Meydanda nə baş verirsə-versin, mətbuat konfranslarında hakimlərin üstünə getməyin tərəfdarı deyiləm. Bu, pis təcrübədir. Belədə oyunu daha da qızışdırırıq. Cavan referilərimiz var, yaxşı idarə edirlər. Türkiyə kimi böyük ölkələrdə bunlardan beş-betərini görümüşk. Nə baş verirsə, meydanda baş versin. Hakimlərdən danışmağın, onların üzərinə getməyin tərəfdarı deyiləm.

    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved