Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    5 sərbəst güləşçimiz Olimpiadaya lisenziya qazandı – YENİLƏNİB
    7.04.2024 20:25:30

    Daha 2 sərbəst güləşçimiz Olimpiadaya lisenziya qazanıb.

    Prosport.Az-ın xəbərinə görə, 86 kq çəki dərəcəsində Osman Nurməmmədov Vasili Mixaylova (Ukrayna) 4:1 qalib gəlib.

    125 kq çəki dərəcəsində çıxış edən Georgi Meşvildişvili isə osetin əsilli Alen Xubulovu (Bolqarıstan) 7:0 məğlub edərək Olimpiadaya lisenziya qazanıb.

    Beləliklə, Azərbaycan Paris Olimpiadasına sərbəst güləş üzrə maksimum - 6 lisenziya qazanıb. Daha əvvəl Məhəmmədxan Məhəmmədov (97 kq) Olimpiadaya lisenziya əldə etmişdi.

    19:25

    Azərbaycanın daha bir sərbəst güləşçisi Turan Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

    Prosport.Az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində bunu reallaşdırıb.

    23 yaşlı pəhləvan yarımfinalda olimpiya mükafatçısı, ikiqat dünya və dördqat Avropa çempionu olan İtaliya təmsilçisi Frank Çamisonu üstələyib. Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub. Qələbə "çelenc"ə baxıldıqdan sonra idmançımıza verilib.

    Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) də Olimpiadaya lisenziya qazanıb.

    18:51

    .Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev (65 kq) ardıcıl 3-cü dəfə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

    Prosport.Az xəbər verir ki, İkiqat olimpiya, üçqat dünya və dördqat Avropa çempionu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində bunu bacarıb.

    32 yaşlı idmançı yarımfinalda çeçen əsilli Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gəlib.

    Qeyd edək ki, Hacı Əliyev Rio-2016-da bürünc, Tokio-2020-də gümüş medala yiyələnib.

    18:10

    Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

    Prosport.Az xəbər verir ki, 26 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində bunu bacarıb.

    26 yaşlı Avropa çempionumuz Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan güclü olub. Qitə çempionlarının duelindən Əliabbas Rzazadə 4:3 hesablı qələbə ilə ayrılıb.

    Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib. Daha əvvəl sərbəst güləşçi Məhəmmədxan Məhəmmədov (97 kq) Olimpiadaya lisenziya əldə etmişdi.

    17:20

    Azərbaycanın 5 sərbəst güləşçisi bu gün Olimpiadaya lisenziya qazana bilər.

    Prosport.Az xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurməhəmmədov (86 kq) və Georgi Meşvildişvili (125 kq) yarımfinala adlayıb.

    Saat 18:00-dan etibarən başlayacaq yarışda idmançılarımızın rəqibləri müvafiq olaraq Vladimir Yeqorov (Şimali Makedoniya), İslam Dudayev (Albaniya), Frank Çamiso (İtaliya), Vasili Mixaylov (Ukrayna) və Alen Xubulov (Bolqarıstan) olacaq.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının və klubunun adı dəyişdirildi, "Azərmaş" sponsor gəldi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved