Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Volkovun səhvindən qol buraxdıq" - Krunoslav Renduliç
    6.04.2024 18:34:33

    "Turan Tovuz"u təbrik edirəm. Layiqli qələbə qazandılar. Bilirdik ki, onlar evdə yaxşı çıxış edirlər. İlk hissədə rəqibin oyununa cavab verə bilmədik. Çox kobud səhv etdik. Bunun nəticəsində qapımızda qol gördük. İkinci hissədə yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf idik. Yenə də lazımsız fouldan sonra qol buraxdıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın XXIX turunun "Turan Tovuz"la görüşündən (0:2) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    - Komanda hücumda çox "dişsiz" təsir bağışladı. Siz necə düşünürsünüz?

    - Haqlısınız. Cərimə meydançasında bitiriciliyimiz çatmırdı. Hücumda həll yolları axtarırdıq. Amma bu alınmırdı. Sadəcə, oynamaq lazımdır. Biz isə çətinə gedirdik.

    - İlk dəfə regionda oldunuz. Atmosfer necə idi?

    - Çox yaxşı idi. Tovuzlu azarkeşləri tanıyırıq. Mənə məlumat vermişdilər. Onların komandanı necə dəstəklədiklərini bilirik. Bu gün də belə oldu.

    - Əvəzedici heyətin kapitanı İdris İnqilablı haqqında məlumatınız var?

    - Bəli, onu tanıyıram. Xüsusi nəsə deyə bilmərəm. Həmişə əvəzedici heyətdən, U-19-dan əsas komandaya oyunçular cəlb edirik.

    - Yeni gələndə demişdiniz ki, əsas hədəfimiz Premyer Liqanı 2-ci pillədə başa vurmaqdır. Ardıcıl iki məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən toparlamaq çətin olmayacaq?

    - Xeyr, çətin olmayacaq. Hazırda 5 komandanın arasında çox böyük xal fərqi yoxdur. Məqsədimiz odur ki, xallar götürək. İşimizi görməyə davam edəcəyik. Başqa çarəmiz yoxdur.

    - Davit Volkovun məhsuldarlığı aşağıdır. Hücum xəttində dəyişiklik etməyi planlaşdırmırsınız?

    - David komandaya çox kömək edir. Təəssüf ki, bu gün onun səhvindən qol buraxdıq. Amma mən onu günahlandırmıram. Bir səhvə görə belə düşünmək olmaz. Hər kəsə şans veririk. Bu gün gənc hücumçunu meydana buraxdıq.

    - Bu gün 8 oyunçunuz zədə səbəbindən yox idi. Bunun oyununuza təsiri oldu?

    - Bəhanələr gətirmək istəmirəm. Komandada 25 futbolçu var. Hər kəs özünü göstərməlidir. Bu gün "Turan Tovuz" layiqli qələbə qazandı.

    - "Qarabağ"la matça kimi zədəlilərdən kimlər komandaya qayıdacaq?

    - Elvin Camalov dəqiq qayıdacaq. Ümid edirəm ki, Emmanuel Apehlə Anatoli Nuriyev də bizə qoşulacaq.

    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved