“Araz-Naxçıvan” klubu baş məşqçisi Azər Bağırovla yollarını ayırıb.
Bu barədə Prosport.Az-a 40 yaşlı mütəxəssisin özü məlumat verib.
O, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini bildirib.
Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda turnir cədvəlində 32 xalla 8-ci pillədə qərarlaşıb.

