Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində növbəti görüş bu gün keçirilib.
Prosport.Az xəbər verir ki, "Qəbələ" "Zirə"nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan Kuboku
Yarımfinal (ilk oyun)
19:00 "Zirə" – "Qəbələ" 2:1
Qollar: Salifu Suma, 51, Rafael Utziq, 66 – Feras Abu Akal, 90
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, digər yarımfinal cütünün ilk matçında isə dünən "Qarabağ" səfərdə "Neftçi"yə 4:0 qalib gəlib.

