"Zirə" Azərbaycan Kubokunun yarımfinal mərhələsində bu gün "Qəbələ" önünə itkilərlə çıxacaq.
Prosport.Az xəbər verir ki, qəsəbə təmsilçisinin heyətində Filipe Paxtmann, Rüstəm Əhmədzadə və Məqsəd İsayev bu matçda iştirak edə bilməyəcək.
Buna səbəb onların zədəli olmasıdır.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.