Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Polislər İsraildə Samir Ələkbərovu terrorist bilib saxlamışdı" – Şahin Diniyev
    3.04.2024 14:41:49

    “İllər əvvəl Samir Ələkbərovla mən legioner həyatı yaşadığımız üçün milli komandanın oyunundan sonra birbaşa çıxış etdiyimiz ölkəyə yollandıq. Həmin vaxt zarafatıma görə polislər Samir Ələkbərovu saxlamışdı”.

    Prosport.Az xəbər verir ki, bu sözləri azərtac-a açıqlamasında Azərbaycan millisinin veteran futbolçusu, “Səbail” komandasının baş məşqçisi Şahin Diniyev başına gələn maraqlı əhvalatlar barədə danışarkən deyib.

    58 yaşlı mütəxəssis bildirib ki, aeroportda polislər Samir Ələkbərovu terrorçu hesab etdikləri üçün saxlayıblar: “Mən təyyarədən qorxan insanam. Samir bunu bilsə də, mənimlə zarafatlar etməyə başladı, səfər ərzində məni qorxutdu. Əlbəttə, buna görə özümü həyəcanlı hiss edirdim. Düşündüm ki, bunun əvəzini çıxmalıyam. Aeroportda sənədlərimizi yoxlayan zaman qabağa keçdim. Dili bildiyim üçün polislərə zarafatla Samirin terrorçu olduğunu dedim. Sən demə, bunlar mənim zarafatımı ciddiyə alıblar. Bir də gördüm ki, Ələkbərov əli qandallı gəlir. Məndən polislərə onu buraxmalarını deməyimi xahiş edirdi. İş ciddiləşməyə doğru gedirdi, dərhal polislərə başa saldıq ki, biz futbolçuyuq. Məhz bundan sonra Samiri buraxdılar. Ona dedim ki, bundan sonra mənimlə təyyarə ilə bağlı zarafatlar etmə (gülür)”.

    Qeyd edək ki, Şahin Diniyev və Samir Ələkbərov 90-cı illərdə Azərbaycan millisinin formasını geyiniblər. Hər iki futbolçu İsraildə legioner həyatı yaşayıb. Diniyev Tayibe "Hapoel"İndə (1994), Təl-Əviv "Beytar"ında (1994-1996) və Ələkbərov Petah Tikva "Makkabi"sində (1994/95) çıxış edib.

    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved