Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mən kral deyiləm" – Rövşən Nəcəf
    2.04.2024 13:09:56

    "Azərbaycan millisinin uğuru üçün zaman lazımdır".

    Prosport.Az xəbər verir ki, bunu AFFA-nın yeni prezidenti Rövşən Nəcəf quruma rəhbər seçildikdən sonra ilk mətbuat konfransında deyib.

    "Bu yalnız meydanda göstərilən nəticələrlə ölçülmür. İnfrastrukturun möhkəmləndirilməsi, akademiya səviyyəsində oyunçuların yetişdirilməsi və şəffaf hesabatın təmin olunması vacib məqamlardır. Hər hansı uğurlu komandanın formalaşması üçün zamana ehtiyac var. Uşaq futbolunun, meydandakı ot örtüyünün beynəlxalq standartlara cavab verməsi, azarkeşlərin stadionlara cəlb olunması önəmli amillərdir", – deyə milli assosiasiyanın rəhbəri vurğulayıb.

    Futbol funksioneri yol xəritəsinin hələ hazır olmadığını söyləyib: "Çünki ilk iclası keçirdik. Qarşıya qoyulan ilk məqsəd qısa müddətdə strategiyanın hazırlanmasıdır. İstənilən layihəni həyata keçirmək üçün maliyyə vəsaitinə ehtiyac var. Burada dövlətdən maliyyə yardımı edilməsindən yox, özəl strukturları cəlb etməkdən danışırıq. Həmçinin teleyayım keyfiyyətinin artırılması üzərində düşünməliyik. Özəl vəsaitlər, sponsorlar üzərində işləməliyik. Sadə səslənsə də, bunlar böyük inkişaf yolu tələb edən tədbirlərdir. Əminəm ki, futbol ictimaiyyəti olaraq bunun üçün birgə fəaliyyət göstərəcəyik".

    Rövşən Nəcəf qeyd edib ki, futbolun inkişafı baxımından media da ayrılmaz hissələrdən biridir: "Oyunların işıqlandırılması, müsahibələr, proqramlar mediasız mümkün deyil. AFFA olaraq media ilə daha sıx işləyəcəyik. Strategiya üzərində işlər aparıldıqdan sonra media nümayəndələri ilə müzakirə xarakterli görüş keçirə bilərik. Bağlı qapılar arxasında mediasız müzakirə olsa, daha rahat şəkildə hər kəs fikrini bildirə biləcək. Vaxtarışı mətbuat konfransları təşkil olunacaq".

    O, veteran futbolçuların da təcrübələrindən yararlanacaqlarını vurğulayıb: "Futbol icmasının bütün nümayəndələrindən bəhrələnəcəyik. Bunu proqram şəklində düşünəcəyik. Bu, müxtəlif tədbirlər vasitəsilə həyata keçirilə bilər. Futbol icmasının bütün üzvlərinin çiyin-çiyinə çalışmasını dedikdə bunu nəzərdə tuturam".

    Yeni prezident futbola olan sevgisinin onu bu işdə fəal çalışmağa sövq etdiyini bildirib: "Birincisi, mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Uşaqlıqdan məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, dostlarla daim oynayan bir insan kimi futbol mənə çox yaxın idman növüdür. Buna şəxsi futbola sevgimin təcəssümü kimi baxıram. Amma futbolun inkişafı üçün həmkarlarımla birlikdə olacağam. Tək olmayacağam. Bunun üçün hər kəsin dəstəyinə ehtiyacımız olacaq. Təki xoş günlər çox olsun. Futbolda məğlubiyyət də var. Uduzanda bunun səbəblərini araşdırmağa və həlli yolunda işlər görməyə çalışacağıq".

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved