Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Tənqidlərdən ötrü darıxıram" – Elxan Məmmədov
    2.04.2024 12:30:42

    "Avropa klubları "Qarabağ"la qarşılaşmaqdan qorxur".

    Prosport.Az xəbər verir ki, bunu FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov AFFA-nın növbəti Konfransında deyib.

    E.Məmmədov Ağdam klubunun Avropa arenasındakı uğurlarından bəhs edib: "Futbol ictimaiyyəti "Qarabağ"dan danışır. Əvvəllər Avropa klubları "Qarabağ"la qarşılaşmaq istəyirdi. Ancaq indi püşkatma zamanı bundan çəkinirlər. Daha əvvəllər "Neftçi" və "Qəbələ" də avrokubokların qruplarında yer alıb. Təəssüf ki, millimiz bizi hələ də sevindirmir. Ancaq bu inkişaf davam etdikcə, yığmamızın da uğur qazanacağına inanıram".

    O, AFFA prezidenti Rövnəq Abdullayevlə birgə çalışdığı üçün böyük fəxr hissi keçirdiyini bildirib: "15 il ərzində birlikdə burada işləmişik. Əvvəllər qarşınızda çıxış edəndə hazırlaşırdım. Ancaq bu dəfə düşündüm ki, hazırlaşmayacağam, ürəyimdən keçənləri deyəcəyəm. Səhvim olsa, yenidən məni tənqid etmək üçün də mövzu olar (gülür). Bəzən həmin tənqidlərdən ötrü də darıxıram. Hörmətli Rövnəq müəllim, 15 il ərzində sizin kimi rəhbərlə çalışmaq mənim üçün şərəfdir. Bu müddətdə öz biliyinizi, təcrübənizi əməkdaşlarla bölüşdünüz. Sizinlə işləmək təcrübəsi beynəlxalq karyeramda böyük kömək olur. Əslində sizin futbol fəaliyyətiniz 20 ildir. Çünki 2004-cü ildə "Neftçi"də fəaliyyətə başladınız. 16 il ərzində Azərbaycan futbolu üçün miras yaratdınız. Xatırlayıram ki, siz o vaxt da bu qalstuku taxmışdınız. Sizin ovaxtkı şəkillərinizə baxmışam. Əgər səhv deyirəmsə, mətbuat məni tənqid etsin".

    Elxan Məmmədov 16 ildə Bakıda çoxsaylı stadionlar inşa olunduğunu vurğulayıb: "2008-ci ildə Bakıda cəmi 2 stadion mövcud idi: Respublika Stadionu və "Şəfa" stadionu (indiki "ASK Arena"). Ancaq geridə qalan illərdə çox sayda arenalar inşa olundu. Hazırda da bu meydanların hamısından istifadə olunur. Xarici ölkələrə gedəndə müqayisələr aparıram. AFFA-nın yaratdığı tədris sistemi də çox önəmli idi. UEFA ilə birlikdə məşqçi kursları yaradıldı. Hazırda fəaliyyət göstərən mütəxəssislər həmin sistemdən çıxıb. İdarəçilik də vacibdir. Bu gün Azərbaycanda futbol menecerləri yetişir. AFFA-nın daxilində, klublarda menecerlər yüksək səviyyədə çalışır. Ancaq ən vacibi futbol mütəxəssislərinin yanımızda olmasına ehtiyacımız var. Onların təcrübəsindən yararlanmalıyıq".

    O, Peşəkar Futbol Liqasının rəhbərliyinə də təşəkkürünü bildirib: "Təəssüf ki, Elxan Səmədov və Aslan Şahgəldiyev hazırda bizimlə deyil. İnanıram ki, hər ikisi yaxın gələcəkdə yenidən bizimlə birlikdə olacaq".

    Elxan Məmmədov AFFA-nın yeni rəhbəriyinə də uğurlar arzulayıb: "FIFA olaraq bundan sonra da dəstəyimizi davam etdirəcəyik".

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved