Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    AFFA-nın 4 vitse-prezidenti kimlər olacaq?
    2.04.2024 09:50:51

    Bu gün futbolumuz üçün ilin ən vacib hadisəsi yaşanacaq. AFFA-nın indiki prezidenti Rövnəq Abdullayev son 4 il ərzində gördüyü işlər barədə hesabat verərək yola salınacaq. Yeni prezidentin isə onun SOCAR-dakı xələfi Rövşən Nəcəfin olacağı dəqiqdir.

    Elə AFFA İcraiyyə Komitəsinin üzvlərinin də kimlər olacağı bəllidir. Lakin bəlli olmayan Əsasnamə ilə nəzərdə tutulmuş 4 vitse-prezidentin kim olacağıdır.

    Belə ki, əvvəlki vitse-prezidentlərdən icraçı vitse-prezident Elxan Məmmədov (yeri gəlmişkən, o da tədbirdə FIFA rəsmisi kimi çıxış edəcək – red.), millət vəkili Rauf Əliyev və AFFA Məşqçilər Komitəsinin sədri, dünən 65 yaşını qeyd edən Vaqif Sadıqov postu ilə vidalaşmalı olub. Haşiyə çıxaraq qeyd edək ki, sabiq baş katib Elxan Məmmədov AFFA-nın saytındakı müvafiq bölmədə heç vaxt vitse-prezident kimi təqdim olunmayıb.

    Karyerasına Əfqanıstan, Hindistan kimi ölkələrdə SSRİ səfirliyinin əməkdaşı kimi başlamış, 2005-ci ildən SOCAR-ın vitse-prezidenti olan Elşad Nəsirov AFFA-da da vitse-prezident kimi vəzifəsində qalacaq. Çünki adamın yuxarı dairələrdə nüfuzu və ən əsası Rövşən Nəcəfin rəhbəri olduğu SOCAR-da vəzifəsi hələ qalmaqdadır. Bununla belə, E.Nəsirov yeni rəhbərlikdə artıq əvvəlki kimi söz sahibi olmayacaq.

    Əldə etdiyimiz məlumata görə, digər vitse-prezident vəzifəsi indiki baş katib Sərxan Hacıyevə həvalə olunacaq. "Sabah"ın indiki prezidenti Maqsud Adıgözəlov da vitse-prezident seçiləcək. Ancaq onlardan hansına icraçı vitse-prezident vəzifəsi veriləcəyi bəlli deyil. S.Hacıyev bu vəzifəni ala bilməsə, bu o deməkdir ki, Elxan Məmmədovun sabiq müavini əvvəlki kimi söz sahibi ola bilməyəcək. M.Adıgözəlov bu vəzifəyə seçiləcəyi halda, yaxın günlərdə "Sabah"dakı vəzifəsi ilə vidalaşmalı olacaq.

    Növbəti vitse-prezident vəzifəsi isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif olunacaq. Q.Qurbanovun bir neçə ay öncə yeni rəhbərliyin komandasında yer alan, AFFA İcraiyyə Komitəsinə üzvlüyə namizədlərdən olan Balakişi Qasımovun rəhbəri olduğu İTV-yə müsahibəsi boşuna deyildi. Məhz Q.Qurbanov oradakı açıqlamasında milliyə geri qayıda biləcəyi ilə bağlı siqnallar vermişdi. Qurbanovun İcraiyyə Komitəsinə yenidən geri qayıtmasında da ona verilən çox böyük vədlər durur. O, İcraiyyə Komitəsində əsas söz sahiblərindən biri olacaq.

    Düzdür, Q.Qurbanov Premyer Liqanın XXVIII turunun "Kəpəz"lə matçından (6:1) sonra keçirilən mətbuat konfransında "İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti postu təklif edilsin. Mənim missiyam, qarşıma qoyduğum məqsəd məşqçi kimi davam etməkdir" deyib. Ancaq ona orada izah edəcəklər ki, vitse-prezident vəzifəsi ictimai əsaslarla işdir və bu onun "Qarabağ"dakı məşqçiliyinə heç bir maneə yaratmayacaq.

    İstənilən halda, Qurban Qurbanov bu vəzifəni qəbul etməyəcəyi halda, onun yerinə Balakişi Qasımovun vitse-prezident seçiləcəyi (əslində təyin olunacağı – red.) gözlənilir. Lakin Azərbaycan Qılıncoynatma Federasiyasının prezidentinin həm də AFFA-da vitse-prezident olması qaydalara uyğun gəlmir. Hadisə bu gedişatda baş tutarsa, "Balaş" qılıncı buraxıb, topun dalınca qaçmalı olacaq.

    Kənan

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved