Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Azər Bağırov hakimləri ittiham etdi: "Şimşək də gəlib öyrədir, futboldan danışır"
    31.03.2024 21:39:28

    "Oyun barədə çox danışmaq istəmirəm. Çünki əsəbiyəm. Hakimlər sağolsun".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın XXVIII turunun "Sumqayıt"la görüşündən sonra mətbuat konfransında deyib. O daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    – Penalti epizoduna fasilədə baxdınız? Hər zaman sakit görməyə alışdığımız Azər Bağırov bu dəfə özünü cilovlaya bilmədi...
    – Hakimlər haqqında danışmaqdan yoruldum. Amma onlar dəlləkliyi bizim üzərimizdə öyrənməkdən yorulmadı. Penaltidən savayı, Miço Kuzmanoviçin də bir epizodu oldu. Ağzı qanayırdı. Qardaş, ya hakimlik etmə, ya da biz işimizi bilək də. Futbolçunun ağzından qan gəlir. Bu öz-özünə olmadı axı. Belə şeyləri başa düşmürəm. Görmürsənsə, hakimlik etməməlisən. Lakin o epizodları görməyə məcbursan. Bu cür hakimlik barədə necə danışmayasan? Cavan uşaqlarla oynayırıq, yeni yaradılmış komandayıq. Azdan-çoxdan qaçırıq, futbol oynamaq istəyirik. Çox danışanda da deyirlər ki, öz günahını hakimlərin üzərinə atırsan. Əsla. "Qəbələ" ilə görüşdə Elçin Məsiyev futbolçumuza qırmızı vərəqə göstərdi, sağolsun. 40 dəqiqə 10 nəfərlə oynadıq. Bir kəlmə də demədim. Çünki haqlı idi. Uduzsaydıq da, hakimlikdən heç nə danışa bilməzdik. Çünki mənim futbolçum səhv edib. 3 nəfərlə 3 nəfərə qarşı hücuma çıxırıq, hakim oyunu saxlayır. Niyə saxlayırsan? Barış Şimşək də gəlib öyrədir, futboldan danışır.

    – Miço Kuzmanoviç mövsümün əvvəli ilə müqayisədə indi o qədər effektiv görünmür. Problem nədir? Liderliyi üzərinə götürə bilmir...
    – Əslində, Miço lider deyildi. Sadəcə, komandaya yeni qoşulmuşdu, üstün cəhətləri var. 5-6 turdan sonra rəqiblər də bizi analiz edir, Miçonun üstünlüklərini görürlər. Futbolçu öz üzərində işləyib, daha da artırmalıdır. "Qəbələ" ilə oyunda 2 səhvlə yadda qaldı.Belə baxanda, bu gün onu oynatmamalıydıq. Lakin bir futbolçuya ürək-dirək verməkdən ötrü onu meydana buraxdıq. Deyim ki, özünü doğrutlmadı, xeyr. Sadəcə, istəyimizi qarşılamadı.

    – Belə söhbətlər var ki, klublar "Araz-Naxçıvan"ı yüksək qiymətləndirmirdi deyə, yuxarı pillələrdə qərarlaşmışdınız. Daha sonra ciddiyə aldılar və komanda öz yerini tutdu. Bu fikirlərlə razısınız?
    – Mən əsla belə fikirləşmirəm. Sadəcə, qışdan bu yana güclənə bilmədik. Gətirdiklərimiz də cavan yerlilər oldu. Hücum xəttinə rəngarənglik qatmaq istəyirdik, edə bilmədik. "Neftçi", "Səbail", "Turan Tovuz"a qarşı yaxşı oyunlarımız olub. Eniş yoxdur. Sadəcə, sanki xof yaranıb ki, "Araz-Naxçıvan"ı yuxarıda görmək istəmirlər. "Turan Tovuz"la görüşdə bizə 2-ci qolu cərimə zərbəsindən sonra vurdular. Hamı danışdı, amma heç kimin cəzalandırıldığını görmədik. Rəşad Əhmədov sabah meydanda olacaq. Amma futbolçuların əziyyətini kölgədə saxlayırlar. Komandamızda eniş yoxdur. Ola bilər ki, elə oyunlar var ki, gözləntilərə cavab vermirik. Bu mənim üçün normaldır. Bu gün bizdəki yerli futbolçuların heç biri keçən il stabil oynamayıb. Yerli futbolçu baxımından kasadlığımız var. Dəyişikliklərdən sonra oyunu gücləndirə bilmirik. 

    – Dediniz ki, "Araz-Naxçıvan"ın yuxarı pillələrdə olmasını istəmirlər. "Sumqayıt"la matçdakı hakim qərarı da planlaşdırılmış bir şey idi?
    – Mən də sizə sual verim. Futbolçunun ağzından qan gəlir, hakim heç vecinə də almırsa, nə fikirləşir? Penalti epizoduna 10 dəfə baxaq, mən orada penalti görmədim. Özümdən şübhələnirəm ki, bəlkə biz futbol görməmişik, oynamamışıq. Qapıçı ayağını çəkir ki, oyunçuya dəyməsin. Futbolçu da özünü ona çırpır. Mən demirəm ki, zəif hakimlikdir, ya deyil. Sadəcə, deyirəm ki, bu gün meydandakı səhvlər komandama qarşıdır. Adamın bildiyi budur, mən nə edə bilərəm?

    – Hakimlər Komitəsinə rəsmi şikayət etməyi planlaşdırırsınız?
    – Məncə, səhvlər hələ davam edəcək. Biz buna öyrəşməli, bununla da bərkiməliyik. Bir hakim XXII turda bizim oyunda, XXIII turda VAR-da, XXV turda meydanda, XXVI turdakı matçımızda isə VAR-dadır. Onu göndərənlər fikirləşsin. Türkiyədə klubun prezidenti meydançaya çıxıb, hakimi vurdu. Görün, onu hansı hala salıblar ki, ağıllı-başlı insan belə edib...

    – Hər halda, klub prezidentinə heç cürə haqq qazandırmaq olmaz...
    – Xeyr, haqq qazandırmıram. İnsan hansı hala gəlib ki, meydançaya düşüb. Biz də insanıq. Bizim də emosiyalarımız var. Hakimlərə heç nə deməmişəm. Amma bir hakim 5 turdan 4-də bizim oyunda olur. Eyni səhvlər, eyni qaydada. Əgər futbolçunun ağzından qan gəlirsə, ona zərbə vurmayıblar? Heç nə vermədi, arxasınca başqa epizod. Futbolçular da bu emosiyalarla oynaya bilməz. Onlar da başa düşür ki, buradan çıxış yoxdur. 

    – "Araz-Naxçıvan"ın qol epizodları da olmadı axı...
    – Elvis Maşikenin epizodu oldu. Neçə epizodda isə hakim imkan vermədi ki, hücuma davam edək. O vaxt hakimlər var idi ki, mərkəzi keçməyə qoymurdu. Elə yerdə qayda pozuntusu verirdi ki, hücum edə bilməyəsən. Bu gün hakimlik o səviyyədədir. Hakimlər görmüşük, deyiblər ki, buradan çıxa bilməyəcəksiniz.

    – Hakim qərəzi yuxarıdan qaynaqlanır, yoxsa hakimin savadsızlığından?
    – Bu gün nəsə desəm, nəfsimə uyğun danışaram. Ona sizlər cavab versə, daha yaxşı olar. Sizlər hər şeyi daha yaxşı bilir və görürsünüz.

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved