Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hakimdən rəqib də narazı idi, biz də" - "Sumqayıt"ın məşqçisi
    31.03.2024 21:00:36

    "İlk hissə tam bizim üstünlüyümüzlə keçdi. Demək olar ki, meydanda bir komanda var idi. Epizodlarımız çox oldu, onlardan istifadə etsəydik, hesab daha böyük olardı. Belədə, ikinci hissəni daha rahat oynamaq mümkün idi. Amma vurmadıq deyə, bir az gərginlik yarandı. Futbolçularda yorğunluq hiss olunurdu, oruc tutanlar çoxdur. Oyunun vaxtı da oruc tutanlar üçün əlverişsiz idi. Demək olar ki, su içib davam etdilər. Yorğunçuluq fonunda keyfiyyət də aşağı düşdü. Oyun bizim üstünlüyümüz şəraitində keçdi, haqlı qələbə qazandıq. Vacib qalibiyyət idi. Davam edirik. Son mərhələyə girmişik. Artıq bütün oyunlar vacibdir. Bundan sonra hər komanda ilə bir oyun qalıb. Hər görüşə qələbə üçün çıxacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Mübariz Orucov Premyer Liqanın XXVIII turunun "Araz-Naxçıvan"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    - Sizdən əvvəl digər rəqibləriniz oynamışdı və hansı nəticənin sizi hansı pilləyə yüksəldə biləcəyini bilirdiniz. Bu, əlavə təzyiq yaratmışdı?

    - Bilirik ki, belə şeylər futbolçularda təzyiq yarada bilər. Ona görə Samir Abasov çalışır ki, futbolçulara rahatlıq versin. Uşaqlardan mütləq yer tutmalıyıq kimi tələbimiz yoxdur. Futbolçulara deyirik ki, meydanda gözəl futbol göstərin, oyunumuzu inkişaf etdirək. Çalışırıq ki, təzyiqi futbolçulardan uzaqlaşdıraq. Nə qədər bacarırıq, bilmirəm.

    - Penalti epizodunu izləmisiniz?

    - Vallah, izləməmişəm. Amma eşitdim ki, narazılıqlar var.

    - Sosial şəbəkələrdə də müzakirə edilir və idman ictimaiyyəti də haqsız penalti olduğunu düşünür...

    - Epizodu tam görməmişəm. Haqsızlığı nədə görürlər? Epizod itsə belə, top meydandadırsa, təmas olubsa penalti verilməlidir. Qapıçı topu əlinə götürüb, amma rəqibini vurur. Bu, nədir? Penalti. Əgər cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur. 

    - Hakim idarəçiliyindən razı qaldınız?

    - Baxıram ki, elə rəqib də narazı idi, biz də. Olur da, hakimlər də səhv edir. Bizim özümüz də bir neçə dəfə haqsızlıqla qarşılaşdıq. Deyim ki, hakim bərbad idi, xeyr.

    - "Sumqayıt" üçün baxımlı oyun vacibdir, yoxsa üç xal?

    - Əlbəttə ki, bu dəqiqə ən vacibi üç xaldır. Ancaq yaxşı oyunla üç xal daha ləzzətli olur. Düzü, elə mərhələdir ki, bu dəqiqə üç xalı istəyərdik.

    - Avrokuboklara vəsiqə qazansanız, komanda bu oyunla orada nə edə bilər?

    - Avrokuboklara vəsiqə qazansaq, yəqin ki, komanda güclənməlidir. O yöndə də işlər görüləcək. Düzdür, qışda transfer edə bilmədik. Səbəbi sırf maliyyə ilə də bağlı deyil. Doğrudur, maliyyəmiz yüksək deyil ki, yaxşı oyunçular götürək. Sadəcə, qışda istədiyin futbolçunu tapmaq çətindir. Yaxşı oyunçuların klubla müqaviləsi olur. Belədə, həm özünə, həm də klubuna pul ödəməlisən. Azad agent statusunda olanlar da bizim xoşumuza gəlmədi. Transfer xətrinə oyunçu götürmək istəmədik. Yayda avrokuboklara düşsək də, düşməsək də, güclənmək istəyirik. Komanda ildən-ilə ələnməlidir. Yaxşı oyunçularla yolumuza davam edəcəyik.

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved