Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Ayxan Abbasov Azərbaycan futbolunun problemini açıqladı
    30.03.2024 20:30:13

    "Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXVIII turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Stressli oyun gözləyirdik. Elə də oldu. Qələbə qazana bilsəydik bir pillə irəliləyəcəkdik. Məğlub olsaydıq, rəqibin böyük üstünlüyü olacaqdı. Oyun baxımından futbolçularımdan razı qaldım. Gözləmədiyimiz halda müdafiədə səhv etdik. Rəqib bundan istifadə etdi. Bundan sonra hücumda olduq. Bir neçə epizodda rəqibin qapıçısı yaxşı oynadı. İkinci qolu vurmaq üçün hücumların sonluğu çatmadı. Bundan sonrakı oyunlar da çətin keçəcək. Şansımız var. Futbolçular inamlıdırlar. Qalib gəlmək üçün bu yetərli olmadı. Bir az da artırmalıyıq.

    - Ayxan Quseynovun durumu necədir?

    - Bu gün zədəli oyunçularımız var idi. Ən çox da orta xətdə çıxış edən futbolçular zədəlidir. Ayxan da, Denis də, Paçu da zədədən qayıdıb. Təəsüf ki, Ayxanın yenə eyni ayağı burxuldu. Hətta əvəzləmək istəyirdim. Dedi ki, oynamaq istəyirəm. Zədələr komandaya təsir edir.

    - Azərbaycanda ilk dəfədir ki, bir komanda mövsümün bitməsinə 8 tur qalmış çempion olur. Bu, "Qarabağ"ın çox güclü olmasına görədir, yoxsa rəqiblərin zəif olmasına görə?

    - Çempionat maraqlıdır. Məncə, təhlili düz aparmırıq. Bu gün "Qarabağ" tam başqa səviyyədədir. İtaliyada turnir cədvəli necədir? "İnter" 14 xal öndədir. Bu, o demək deyil ki, digər komandalar zəifdir. "Qarabağ" Avropada Portuqaliya, Almaniya klubları ilə başabaş oynayır. Neyləyək? Oynamayaq? "Qarabağ"ın səviyyəsinə çatmaq üçün klublar çalışmalıdır. Bu il digər klublar bir-biriləri ilə oyunlarda çox xallar itirdi. "Neftçi" ilə "Sabah"ın geri qalması "Qarabağ"ın çempionluğunu 4-5 tur tezləşdirdi.

    - Gənc futbolçu Məzahir Məmmədzadənin oyunu sizi qane etdi?

    - Bizimlə məşq edir. Onun ən böyük problemi odur ki, Qazaxda universitetdə oxuyur. Dərslərdən icazə ala bilmir, "qaib" limitini bitirir. Buna görə də ona çox şans verə bilmirik. Tətildən istifadə etdik. Bizimlə Qəbələdə toplanışda oldu. Sonuncu kursdadır. Məzahir U-21 millimizinə namizəddir. Bu gün özünü yaxşı tərəfdən göstərdi.

    - Yeni mövsüm üçün oyunçu axtarışlarına başlanılıb?

    - Bəli. İzlədiyimiz futbolçular var. Bəzilərini qışda gətirə bilmədik. Aleks Souza ilə yayda danışdıq, alınmadı. Amma qışda gəldi. Hələ vaxtımız var.

    - AFFA-nın İcraiyyə Komitəsində futbol adamları az olacaq. Sizin münasibətiniz necədir?

    - Futbolda narazılıq heç vaxt bitməyəcək. Hərənin öz baxışı var. Potensialımızı və problemlərimizi qəbul edib işə başlamalıyıq. Bu gün böyük problemimiz odur ki, məşq meydançalarımız yoxdur. Futbolçu oyun meydançasında yetişmir. Hər klubun təlim-məşq bazası tikilməlidir. Bundan başlamasaq, qalan şeylər müvəqqəti olacaq.

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved