Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov Andrey Lunyovun “Qarabağ”a keçməklə düzgün seçim etdiyini qeyd edib.
Prosport.Az xəbər verir ki, o, "Match TV”yə açıqlamasında qolkiperin Ağdam klubunu seçməklə düzgün addım atdığını bildirib:
“Təəssüf ki, Andrey Lunyovu iş başında görə bilmədik. Böyük ehtimalla, o, Paraqvayla matçda millinin qapısını qoruyacaqdı. Lunyovla Almaniyada tanış olmuşdum. Biz o vaxt Leverkuzendə oynayırdıq, otelimizə gəldi, uzun müddət söhbət etdik. “Qarabağ”a keçməklə düzgün addım atdı. O, sabit olaraq avrokuboklarda oynayan, özünü sübut edə biləcək yaxşı komandaya keçdi”.