Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kəpəz" sonuncu dövrədə ən çox xal toplayan 3-cü kollektiv olub" – Adil Şükürov
    26.03.2024 22:02:58

    "Kəpəz"in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Adil müəllim, 3-cü dövrənin yekunlarını necə qiymətləndirirsiniz?
    – “Kəpəz” bu dövrədə inamlı çıxış  etdi. Deyərəm ki, bütün futbolçular hər oyuna maksimum şəkildə istəkli yanaşdı. İstər oyunçular, istərsə də İdarə Heyətinin sədri İlqar Nadiri başda olmaqla klub rəhbərliyi, futbol veteranları, azarkeşlər birlikdə olaraq “Kəpəz”in uğurları üçün hər şey edib. Birgə fəaliyyətimiz indi də davam edir.

    – Sizi qarşıda sonuncu dövrə gözləyir. Çətin oyunlara komanda hazırdır?
    – IV dövrədə bizi daha ağır mübarizə gözləyir. Çünki sonuncu dövrədə turnir cədvəlində bizdən yuxarıda olan komandalar qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq üçün gərgin mübarizə aparacaq. Digər klublar isə Premyer Liqada qalmaq uğrunda oynayır. Bu mərhələdə komandamız çalışıb maksimum xal toplamalıdır. Fikrimcə, komanda istəkli olmalıdır ki, elitada qala bilək.

    – Geriyə boylananda hansı oyunun nəticəsi sizin üçün daha yaddaqalan olub?
    – Komandada olduğum gündən bütün oyunlar yüksək dinamikada  keçib və bu məni çox sevindirir. Buna görə futbolçulara təşəkkür etmək istəyirəm. Həqiqətən oyunçular  böyük işin öhdəsindən gəldi. Daha çox yaddaqalan oyun isə “Neftçi” ilə Tovuzda qarşılaşdığımız və 3:3 hesabı ilə başa çatan matç olub. Oyun mübarizəli və bol qollu alındı. Baxımlı qollar vurduq.

    – Mətbuatda bəzən hansısa futbolçunun komandadan gedəcəyi, əksinə gələn mövsüm kiminsə heyətə qosulacağı barədə yazılar gedir. Buna münasibətiniz necədir?
    – Komanda sonuncu dövrədə çempionatda ən çox xal toplayan 3-cü kollektiv olub. Bu komandaya, heyətə daha da çox inanmaq və güvənmək lazımdır. İnşallah, bizim futbolçularımız gələcəkdə daha da yaxşı ola bilər.

    – Demək olarmı ki, hər addımda azarkeşlərin və  klub rəhbərliyinin dəstəyini hiss edirsiniz?
    – Klub rəhbərliyinin dəstəyi yüksək formadadır. İlqar müəllim komandanı lazımı səviyyədə motivasiya etmək üçün mümkün bütün imkanlarından istifadə edir. Eləcə də azarkeşlərimizi qeyd etmək istərdim. Komanda oyunlara çıxarkən fanatlarımızın verdiyi dəstək uşaqları yüksək səviyyədə oyunlara kökləyir. Bundan əlavə, hətta məşqlərə çıxarkən onların bizim yanımızda olması futbolçulara ruh yüksəkliyi verir.

    – Sirr deyilsə, komandanı siz özünüz oyunlara necə motivasiya edirsiniz?
    – "Kəpəz” sıradan komanda  deyil. Bu klubun tarixi, özünəməxsus ənənəsi, nailiyyətləri olub. Son nəticələrdən sonra futbolçular şəhərdə gəzərkən insanların onlara yanaşmasını, münasibətini bir daha görüb. Ona görə əlavə nəsə danışmağa ehtiyac yoxdur.

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved