Ukraynanın U-23 yığması yoldaşlıq oyunu keçirib.
Prosport.Az xəbər verir ki, "Zirə"nin yarımmüdafiəçisi Eldar Quliyevin çıxış etdiyi komanda Yaponiyadan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Kitakyusu şəhərində keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Eldar fasilədən sonra meydana çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, 22 yaşlı Azərbaycan əsilli Eldar Quliyev Ukraynada doğulub və həmin ölkənin vətəndaşıdır. O, Ukraynanın U-21 millisində də çıxış edib. Ukraynada bir neçə klubda oynayan Quliyev ötən ilin fevralından “Zirə”nin üzvüdür.

