"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin şərəfini qoruduğu Monteneqro millisi yoldaşlıq görüşünə çıxıb.
Prosport.Az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Şimali Makedoniya ilə qarşılaşıb.
Matç monteneqroluların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Veşoviç və Yankoviç meydana 61-ci dəqiqədə daxil olublar.

