Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Monqolustan və Bolqarıstanla oyunlara görə mükafat veriləcək" – Sərxan Hacıyev
    26.03.2024 10:01:56

    AFFA-nın baş katibi Sərxan Hacıyev Bakıda təşkil olunan FIFA turnirində Azərbaycan millisinin Bolqarıstanla 1:1 hesablı heç-heçə etdiyi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    - Ümumi olaraq, “FIFA series - Edition 2024” turnirini necə dəyərləndirirsiniz? 

    - İlk dəfə idi ki, belə bir turnir keçirilirdi. Bildiyiniz kimi, bu, FIFA-nın yeni layihəsidir. Ali futbol qurumunun təşəbbüsü ilə müxtəlif qitələri əhatə edir. Avropada ilk dəfə Azərbaycan ev sahibi kimi seçildi. Qonaq komandalar arasında 3 fərqli qitəni təmsil edən komandalar dəvət olundu. Bu turnir futbolun inkişafına gətirib çıxara bilər. Çünki digər qitə komandaları ilə yoxlama görüşlərində tez-tez qarşılaşmaq mümkün olmur. Gələcəkdə də müxtəlif rəqiblərə qarşı oynamaq inkişafa gətirib çıxara bilər. 

    - Millimizin turnirdəki çıxışını qənaətbəxş hesab etmək olar?

    - İlk oyunda millimiz pis oynamadı. Xeyli qol şansları var idi. Demək olar ki, 90 dəqiqə təkqapı oyun gedirdi. Sadəcə, qol gəlmirdi. Sonda komandamız istəyinə çatdı və qələbə qazandı. Ümumi götürdükdə, yığmamız pis təsir bağışlamadı. Son matçda da komanda inamlı görünürdü. Həm birinci, həm ikinci hissədə müəyyən şanslarımız var idi. Onlardan yararla bilmirdik. Qapımızda qol gördük. Sonradan komanda hesabı bərabərləşdirməyə müvəffəq oldu. Vaxt qalmadı ki, ikinci qolu vuraq. 

    - Turnirin maliyyə xərclərini AFFA qarşıladı, yoxsa FIFA?

    - Böyük ölçüdə xərclər FIFA tərəfindən qarşılandı. Çünki bu, onların layihəsidir. Hardasa 80 faiz xərci FIFA qarşıladı. 

    - Monqolustanla oyun bizim milli komandaya nə qazandırdı?

    - İstənilən rəqibə qarşı oyun öz faydasını verə bilər. İstər güclü rəqib, istər nisbətən zəif. Bu, daha çox texniki sahəyə aid olan sualdır. Şəxsi fikrimdir ki, gücündən asılı olmayaraq hər rəqibə qarşı oynamaq millimiz üçün vacibdir. 

    - Monqolustan və Bolqarıstanla oyunların nəticəsi Arif Əsədovun millidəki gələcək taleyinə təsir edə bilər?

    - Bu barədə açıqlama verə bilmərik. Çünki baş məşqçi məsələsi ilə İşçi qrupu məşğul olur. Yalnız onu deyə bilərəm ki, axtarışlar davam edir. İşçi qrupunun üzvəri fikir mübadiləsi aparırlar. 

    - Hazırda danışıq apardığınız mütəxəssis var, yoxsa bütün suallara aprelin 2-də keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransından sonra aydınlıq gələcək?

    - Bu dəqiqə konkret olaraq heç kimlə danışıqlar aparılmır. İşçi qrupunun müzakirələrindən sonra baş məşqçi məsələsi ilə bağlı qərar qəbul olunacaq. 

    - FIFA turnirindəki 2 oyuna görə milli komandaya mükafat veriləcək?

    - Bəli, mükafat olacaq. Milli komandanın hər oyunu üçün mükafat nəzərdə tutulur. Bu 2 qarşılaşmaya görə də komanda standartlara uyğun mükafatlandırılacaq. 

    - Bəzən belə fikirlər səslənir ki, legioner həyatı yaşayan futbolçular millidə lazımınca can yandırmırlar. Bu fikrə münasibətiniz necədir?

    - Yox, belə olduğunu düşünmürəm. Məncə, legioner həyatı yaşayan, yaxud yerli futbolçu olmasından asılı olmayaraq hər oyunçu yığmaya can yandırır. 

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved