Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsi çərçivəsində təşkil olunan turnirdə sonuncu oyununu keçirib.
Prosport.Az xəbər verir ki, yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.
59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev hesabı açıb. Son nöqtəni isə 87-ci dəqiqədə Musa Qurbanlı qoyub.
Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

