"Neftçi"nin Müşahidə Şurasının yeni sədri müəyyənləşib.
Prosport.Az sport24.az-a istinadən xəbər verir ki, yeni sədr Xəyal Cəfərov olacaq.
AFFA-nın yeni prezidenti vəzifəsinə indiki Müşahidə Şusarı sədri Rövşən Nəcəfin gedəcəyi dəqiqləşdikdən sonra klub bu posta Xəyal Cəfərovu gətirəcək.
Qeyd edək ki, Xəyal Cəfərov həmçinin Bakı Neft Emalı Zavodunun direktorudur və AFFA İcraiyyə Komitəsinə namizədliyi irəli sürülüb.

