Bu gün “Neftçi” və “Spartak” (Moskva) arasında keçiriləcək yoxlama matçından əvvəl Rusiya paytaxında törədilmiş terror qurbanlarının xatirəsinin anılacağı gözlənilir.
Prosport.Az xəbər verir ki, “Neftçi”dən “Matç TV”yə verilən məlumata görə, klub tərəfindən oyunun 1 dəqiqəlik sükutla başlaması üçün müəyyən addım atılması nəzərdə tutulur. “Neftçi” hadisəni "böyük faciə" adlandırıb.
“Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Spartak” oyunu saat 18:00-da başlanacaq.
Qeyd edək ki, dünən Moskvadakı “Krokus Siti Holl”da terror aktı törədilib. Son məlumata görə, ölənlərin sayı 82-yə çatıb, 100-dən çox yaralı var.

