Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Arada düşünürəm ki, bəlkə səhv seçim etmişəm" – Musa Qurbanlı
    23.03.2024 12:17:21

    Azərbaycan milli komandasının və İsveçin “Yurqorden” klubunun hücumçusu Musa Qurbanlının "FIFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustanı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – Qələbəni necə şərh edərdiniz?
    – Rəqibə cddi yanaşırdıq. Bilirdik ki, FIFA reytinqində bizdən aşağı olsalar da, oyun asan keçməcəyək. Belə də oldu. Bu cür matçlar ağır keçir. Çünki rəqib tam heyətlə müdafiə olunur. Nə qədər ağır olsa da, qələbə qazandıq. Rəqib 11 nəfərlə müdafiə olunurdu. Bu cür müdafiəni isə yarmaq asan deyil.

    – Demək olar ki, millimiz Monqolustanla matçda qələbə qazanmaq üçün həddindən artıq güc itirdi?
    – Bəli, həqiqətən də çox güc itirdik. Bu cür matçlarda erkən qol vurmadınsa, rəqibin özünəinamı artır. Müdafiəyə daha çox qapanır. Ona görə də mütləq erkən qol vurmaq lazımdır.

    – “Yurqorden”də işləriniz necə gedir? Son oyunlarda əsas heyətə düşməkdə çətinlik çəkirsiniz...
    – İşlərim pis deyil. Düzdür, qeyd etdiyiniz kimi, son oyunlarda az oynayıram. Amma 21 yaşım var. İnanıram ki, tezliklə hər şey daha yaxşı olacaq. “Yurqorden” İsveçin ən böyük klublarından biridir. İlk vaxtlar daha çox oynayırdım. İstənilən halda bunlar hamısı mənim üçün təcrübədir. Nə qədər çətinlik olsa da, çalışıram ki, həvəsdən düşməyim.

    – “Yurqorden”in İsveç Kubokunu qazanmaq şansını necə görürsünüz?
    – Artıq finaldayıq. Həlledici qarşılaşmada “Malmö” ilə oynayacağılq. Rəqib çox güclüdür. “Malmö” həm son çempiondur, həm də heyətini ötən mövsümlə müqayisədə daha da gücləndirib. Lakin biz də güclənmişik. Şansları bərabər sayıram. Ümid edirəm ki, finalda İsveçdə ilk titulumu qazanacağam.

    – Azərbaycan və İsveç arasında fərqlər çoxdur. İstər mentalitet baxımından olsun, istərsə də iqlim. Məhz bu amillərə görə sizin klub seçimində yanlışlığa yol verdiyinizi düşünənlər var. Bu cür fikirlərə münasibətiniz necədir?
    – Təbii ki, hamı öz fikrini deyir. Bəzən mənim də ağlıma bu cür fikirlər gəlir. Arada düşünürəm ki, bəlkə səhv seçim etmişəm. Bəlkə də seçimim doğrudur. Hər halda bunu gələcəkdə biləcəyik. Amma istənilən halda peşman deyiləm. Həmişə çalışmışam ki, qərarlarımdan peşmanlıq hiss keçirməyim.

    – 2 ölkə arasındakı fərqlər əlavə çətinliklər yaradır?
    – Bəli, yaradır. Amma çətinliksiz uğur əldə etmək olmaz.

    – “Qarabağ”ın cari mövsümdəki çıxışını necə dəyərləndirirsiniz?
    – “Qarabağ”ın oyunlarını izləyirəm. Komandanın uğurları məni də sevindirir. Xaricdə yaşayan azərbaycanlı kimi sabiq klubumda fəxr edirəm. “Qarabağ”ın qazandığı uğurlara əcnəbilərin reaksiyasını görmək çox xoşdur. Onlar yaxşı mənada təəccüblənir, “Qarabağ”a hörmət edirlər. Həm “Qarabağ”, həm sabiq komanda yoldaşlarım, həm də atamın adına çox sevinirəm.

    – “Qarabağ”ın UEFA Avropa Liqasındakı çıxışını izləyərkən düşünmədiniz ki, kaş daha 1 il də komandada qalardım...
    – Heyətdə hazırda kifayət qədər yaxşı oyunçular var. Burda oynadığım üçün “Qarabağ” daim ürəyimdədir. Avroliqadakı matçlarda hər bir futbolçu istəyər ki, çıxış etsin. Amma qərarımı vermişəm. Hərənin öz yolu var, həm həyatda, həm də futbolda.

    – Bu yaxınlarda Qurban Qurbanov belə bir fikir səsləndirdi ki, “Qarabağ”dan gedən futbolçular əksər hallarda yeni klubda parlaq çıxışla yadda qalmır. Ağdam klubunun sabiq futbolçusu kimi bu fikirlə razısınız?
    – “Qarabağ” elə bir klubdur ki, orada sən işinə məsuliyyətlə yanaşırsansa, çox çalışırsansa, uğurlu olacaqsan. “Qarabağ” həqiqətən də fərqli komandadır. Bunu sözlə ifadə etmək çətindir.

    – Azarkeşlər Qurban Qurbanovu yenidən milli komandada görmək istəyir. Musa Qurbanlı da onların fikirləri ilə razılaşır?
    – Atam üçün ən yaxşısı, xeyirlisi nədirsə, onun da olmasını istərdim. O ilk növbədə mənim atamdır. Harada işləməyi önəmli deyil. Əsas odur ki, işi uğurlu alınsın. Allah onun üçün hansını xeyirli bilirsə, o da olsun.

    Futbol

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48
    Futbol

    "İlk oyunda "Zirə"nin üstün olması fikri ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

    29.07.2026 22:15:54
    Futbol

    "Mərhələni keçmək istəyiriksə, Bakıdakından yaxşı oynamalıyıq" – Qurban Qurbanov

    29.07.2026 21:45:40
    Futbol

    Maluda rəsmən "Bazel"də – 4 illik müqavilə

    29.07.2026 21:14:23
    Futbol

    "Bu, möhtəşəm bir desert kimidir" - Valdas Dambrauskas

    29.07.2026 18:13:22
    Futbol

    Millimizin futbolçusu Macarıstan klubuna keçdi

    29.07.2026 17:08:40
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48

    Yunan-Roma yığmamız dünya 2-cisi oldu

    29.07.2026 22:43:24

    "İlk oyunda "Zirə"nin üstün olması fikri ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

    29.07.2026 22:15:54

    "Mərhələni keçmək istəyiriksə, Bakıdakından yaxşı oynamalıyıq" – Qurban Qurbanov

    29.07.2026 21:45:40

    Maluda rəsmən "Bazel"də – 4 illik müqavilə

    29.07.2026 21:14:23

    “Bakıda bizi çox yaxşı qarşıladılar” – Erməni dünya çempionu

    29.07.2026 20:45:32

    Güləşçilərimizdən dünya çempionatında altı medal

    29.07.2026 20:19:10

    “Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim” – Elmir Çərkəzov

    29.07.2026 19:32:07

    “Qızıl medalı səhvlərə görə əldən verdim” – Abdulrəhman Hüseynli

    29.07.2026 19:09:49

    Dünya çempionatı: Yunan-Roma güləşində "qızıl" olmadı

    29.07.2026 18:55:45

    "Bu, möhtəşəm bir desert kimidir" - Valdas Dambrauskas

    29.07.2026 18:13:22

    İtaliyalı məşhur voleybolçu Azərbaycanda oynayacaq

    29.07.2026 17:39:13

    Millimizin futbolçusu Macarıstan klubuna keçdi

    29.07.2026 17:08:40

    "Qarabağ"ın sabiq qapıçısı rəsmən Superliqa klubunda

    29.07.2026 16:44:15

    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - FOTOLAR

    29.07.2026 16:21:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved