"Qarabağ"ın futbolçusu Yassin Benzya Əlcəzair millisində fərqlənib.
Prosport.Az xəbər verir ki, 6 il sonra milliyə dəvət olunan hücumçu Boliviya ilə yoldaşlıq oyununda qol vurub.
O, 79-cu dəqiqədə fərqlənib. Matç Əlcəzair yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

