Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hər iki matçda hücum futbolu oynayacağıq" - Arif Əsədov
    21.03.2024 23:09:11

    "Bizi çox maraqlı iki oyun gözləyir".

    Prosport.Az xəbər verir ki, bunu milli komandanın məşqçisi Arif Əsədov "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Monqolustan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

    Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: "Bütün xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Komandamız toplanışa martın 18-də start verib. 24 futbolçu ilə başlasaq da, Aleksey İsayev sıradan çıxdı. Yeni dəvət olunan futbolçuların xidmətindən maksimum istifadə etməyə çalışacağıq. Hər iki oyuna fərqli taktiki sxemdə çıxa bilərik".

    A.Əsədov düşərgəyə cəlb olunan yeni futbolçular barədə danışıb: "Ehtiyat oyunçular siyahısında yer alan Orxan Əliyevin növbəti təlim-məşq toplanışında dəvət alması gözlənilir. Çoxdandır ki, Emil Mustafayevin oyunu diqqətimizdədir. Keyfiyyət hiss olunur. Bilinir ki, Ukrayna futbolunun öz təsirləri var. Rza Cəfərov milliyə dəvət olunubsa, deməli, oynamaq şansı da olacaq. Vaxtilə Emil Balayevi də gənc yaşında yoxlamışdıq. Şahruddin Məhəmmədəliyevin kiçik zədəsi var. Bugünkü məşqdən sonra qapıda kimin dayanacağına qərar verəcəyik".

    O, martın 22-də qarşılaşacaqları Monqolustan millisi haqda məlumatlı olduqlarını vurğulayıb: "Rəqibi yaxşı təhlil etmişik. Onların futbolu Avropa futbolundan seçilir. Çox istəkli, müdafiədə sıx oynayırlar. Məşqlərdə bu məqamlar üzərində çalışmışıq. Hücum futbolu oynayacağıq".

    53 yaşlı məşqçi milli komandadakı durumuna toxunub: "Neftçi"yə təyin olunanda da köməkçi məşqçi idim. Orada 1 il təcrübə topladıqdan sonra baş məşqçi oldum. Burada da hazırda eyni situasiyadır".

    A.Əsədov "Neftçi"nin təcrübəli futbolçusu Qara Qarayevin yığmaya dəvət almamasına münasibət bildirib: "Onun üçün millinin qapıları həmişə açıqdır. Hər mövqe üçün 2 futbolçu çağırmışıq. Bu dəfə Qaranı çağırmadıq. Amma gələcəkdə dəvət edə bilərik. Qarşıda bizi yenə yoldaşlıq oyunları gözləyir".

    Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Hər iki görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved