"Neftçi"nin Rusiya təmsilçisi "Spartak" (Moskva) ilə keçirəcəyi yoldaşlıq matçının biletləri satışa çıxarılıb.
Prosport.Az xəbər verir ki, biletlərin qiyməti 2-15 manat arasında dəyişir.
Matç üçün biletləri "İtickets" satış platformasından əldə etmək mümkündür.
Qeyd edək ki, "Neftçi" və "Spartak" arasında keçiriləcək yoldaşlıq görüşü martın 23-də, saat 18:00-da başlayacaq.

