Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hədəfə çatmırsansa, baş məşqçi getməlidir" - Samir Abasov
    17.03.2024 22:38:15

    "Uduzmağımızın səbəbi göz qabağındadır.İki səhv etdik, iki qol buraxdıq, altından çıxa bilmədik. Ondan sonra rəqibə bir epizod da vermədik. Dəyişikliklərlə oyunumuzu daha da yaxşılaşdırdıq. Meydanda qalib gəlmək istəyən komanda gördüm. Futboldur, qələbə və məğlubiyyətlərə hazırıq. İki həftəlik fasilə olacaq. Yaxşı, sakit hazırlaşacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XXVII turunun "Sabah"la görüşündən (1:2) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, daha sonra jurnalistlərin suallarını da cavablandırıb.

    - Sizə elə gəlmir ki, texniki zonada Kazimir Ninqadan daha çox hərəkətli idiniz...

    - Xeyr, passiv deyildi. Oyunun gedişatında 1-2 dəfə mövqeyini dəyişdim. Yəqin ki, ora adaptasiya ola bilmədi. Adlara bölmək istəməzdim. Komanda olaraq pis deyildik.

    - İkinci pillədə gedən komandadan milliyə iki oyunçu dəvət edilmişdi, onlar da ehtiyat qüvvə kimi. Yığmaya layiq futbolçunuz yoxdur?

    - Bunlar şəxsi fikirdir. Millinin müvəqqəti məşqçilərinin fikri belədir. Baş məşqçi postuna kim gələcəksə, hər birimizi onun verəcəyi qərara hörmətlə yanaşmağa çağırıram. Tanıdıqları oyunçulardır, onları çağırıblar. Millinin iki oyunu var, bəlkə də çox rotasiya etmək istəməyiblər. Niyə komandamdan futbolçu çağırmayıblar, sözünü deməyəcəm. Bundan sonra da belə olacaq. Nəyə görə? Hər bir məşqçinin seçiminə hörmət etmək lazımdır. 

    - Krunoslav Renduliç bildirdi ki, hədəfləri çempionatda ikinci yeri tutmaqdır. Sizin hədəfiniz nədir?

    - Bunu heç kim deyə bilməz. Bizdə ümumiyyətlə, ikinci yer, avrokubok zonası olmayıb. Amma komanda meydana qələbə üçün çıxır. Mövsümün sonunda hansı yerdə olacağıqsa, o da bizim hədəfimizdir. Hədəflər mövsümün əvvəlində, məşqçi yox, klub tərəfindən qoyulur. Qoyulan hədəflərə görə də hərəkət edirsən. Biz təzə komandayıq, bu il çox oyunçu dəyişmişik. Komanda qururuq, daha da güclənmək istəyirik, rahat futbol oynamaq fikrindəyik. Get-gedə komandanın onurğası düzələcək. Hədəfi klub qoymalıdır. Hədəfə çatmırsansa, baş məşqçi getməlidir. Çempionatın ortasında hədəf haqqında danışmaq düzgün deyil. Mövsümün əvvəlində klub tərəfindən qoyulan hədəf liqada qalmaq idi.

    - Azarkeşlərin stadiona gəlməsi üçün nə etmək lazımdır?

    - Bu, Azərbaycan çempionatında baş verən hadisədir. Təkcə bizimlə bağlı deyil. Bunu oturub, başbilənlər fikirləşməlidir. Bu vaxta qədər bizdəki bəhanə stadion idisə, artıq bu da keçərli deyil. Meydança idealdır. "Sumqayıt" buna qədər ikinci yerdəydi, tutduğumuz mövqeyə də irad ola bilməzdi. Pis oynayırdıq deyim, bu da gəlməmə səbəb deyildi. Başbilənlər oturub fikirləşməlidir ki, azarkeşləri stadiona gətirsin. Mən sadəcə hər konfransda onlara çağırış edə bilərəm. 

    - Hakimə qarşı aqressiv görünürdünüz...

    - Hakim idarəçiliyi ideal idi. Onlar emosiyalar idi. Bizə ayrılan yerdən çıxmışdım. Onu da bilmədən etmişdim.

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved