Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Renduliç "Sabah"ı "Liverpul"a bənzətdi
    17.03.2024 22:06:01

    "Oyunçularımı təbrik etmək istəyirəm. İlk yarıda yaxşı oynadılar. Oyuna nəzarət bizim tərəfimizdəydi. Rəqibi də təbrik edirəm. Bilirdik ki, yaxşı komandadır, turnir cədvəlində də bizdən yuxarıda idilər. Bura xallarımızı götürməyə gəlmişdik. İkinci hissənin son 30 dəqiqəsində fiziki cəhətdən bir az düşdük. Bəzi oyunçularımız xəstə, zədəli idi. Futbolçularımdan razı qaldım. Rəqib bizi sıxanda bundan rahatlıqla çıxırdıq. Şadam ki, gənc oyunçumuz Rauf meydana daxil olub, yaxşı performans sərgilədi". 

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın XXVII turunun "Sumqayıt"la matçından (2:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    - "Qarabağ"dan savayı, digər komandalar ikincilik uğrunda mübarizə aparır. Bu yolda ən əsas rəqibinizi məğlub etdiniz. Ümumiyyətlə, avrokuboklar üçün heyəti beyninizdə qurmusunuz? Əsas məqsəd nədən ibarətdir?

    - İkinci və səkkizinci yer arasında 2-3 xallıq fərq var. Bura gələndə də demişdim ki, məqsədimiz ikincilik uğrunda mübarizə aparmaqdır. Çətin olacaq. "Neftçi" və "Sumqayıt" kimi rəqiblərimiz var. Amma məqsədimizə çatmağa çalışacağıq. Biz addım-addım irəliləyirik. Qazana biləcəyimiz 27 xal var. Bu oyundan sonra futbolçulara istirahət verəcəyik. Qarşıdan gələn Novruz bayramı münasibətilə hər birinizi təbrik edirəm. Beşinci gündən etibarən qarşıdakı oyunumuza hazırlaşacağıq. Hər komanda güclənmək istəyir. Bəzi oyunçularımız zədəlidir. Mövqeləri gücləndirməliyik. "Transfer pəncərəsi" açıq olanda, yeni oyunçuların dəvət edilməsi normal haldır. 

    - Nəticə bəllidir. Oyun keyfiyyətindən razı qaldınız?

    - Keyfiyyət sadəcə hücum deyil, bəzən müdafiə olunmaqdır. "Liverpul" hər şeyi udanda Avropada ən yaxşı müdafiə olunan komanda idi. Bəzi oyunçularımız zədəli idi. Bunlar da oyunumuza təsir etdi. İlk yarıda hücum sarıdan yaxşı oynadıq.

    - Ardıcıl ikinci qələbənizi qazanırsınız. Buna baxmayaraq, yəqin ki, sizi narahat edən problemlər də var...

    - Çox da irəliyə gedərək, nələr olacağını deyə bilmərəm. Amma bir şeydən razıyam ki, bəzi məqamlar var və oyun müddətində daha sakit ola bilərik. Bəzi oyunçular öz davranışlarını dəyişməlidirlər. Amma əmin deyiləm ki, onlar bunu edə biləcəklər, ya yox. Kim dəyişəcəksə, inkişaf etmək istəyəcəksə, xoş gəlib, bizimlədir. Kim dəyişməyəcəksə, üzgünəm. Həmin oyunçunu dəyişəcəyik. Təkcə bizdə yox, bu cür proseslər hər komandada var. Hər şey daha yaxşı olacaq. 

    - Hesab 2:0 olduqdan sonra komandanızın müdafiə olunmasından razı qaldınız?

    - Yaxşı müdafiə olunduq, sadəcə, bəzi səhvlərə yol verdik. Ancaq normaldır. 10 gün ərzində bəzi şeyləri müsbət mənada dəyişmişik. Daha məsuliyyətli oynayırıq. 10-15 günə çox şeyi dəyişmək olmur.

    - Amma müdafiə olunanda komanda düşünülmüş şəkildə hücuma çıxmırdı...

    - Son 15 dəqiqədə təzyiq altındaydıq. Emmanuel Apehi meydana daxil etdim ki, hücumda top saxlaya bilsin. Oyunun qırılma nöqtəsi var idi. Top Xəyalda olarkən Jael Marqaritaya ötürmə versəydi, təkbətək qalacaqdı. Xəyal gəncdir, belə epizodlarla artıracaq. Oyuna daxil olduqdan sonra yaxşı işlər gördü. 

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved