Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu gün futbolçularımda əsl xarakter gördüm" - Qurban Qurbanov
    17.03.2024 18:38:56

    "Tovuzda olmaq mənim üçün həmişə xoşdur. Dünən bizi çox xoş qarşıladılar. Vacib oyun idi. Həmişə istəmişəm ki, çətin oyunlardan sonra futbolçularım xarakter göstərsinlər. Komanda toparlandı. Oyuunun əvvəllərində bir az gərginlik yaşandı. Sonra oyunu ələ ala bildik. Futbolçularımı təbrik edirəm. Çox sıx qrafikdə idik. Oyunçularımda xarakter gördüm. Öz azarkeşlərimizə də təşəkkür edirəm".

    Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXVII turunun "Turan Tovuz"la matçından (3:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    - "Qarabağ" çempionluğu təmin edəndən sonra komandanı oyunlara motivasiya etmək çətin olmayacaq?

    - Motivasiya ilə bağlı problemimiz olmayacaq. Daha yaxşı hazırlaşmalıyıq. Milliyə gedən oyunçular istərahət edə bilməyəcək. Digərlərinə istirahət verəcəyik. İnanmıram ki, hansısa çətinlik olsun. Öz oyunumuzun üzərində çalışaçacağıq.

    - Milli fasilə ilə bağlı planlarınız nədir?

    - Komandaya 4 gün istirahət verəcəyik. İnanmıram ki, yoxlama oyunu keçirək. Bakıda olacağıq.

    - Mateus Silva mərkəz müdafiəçisi kimi necə təsir bağışlayır?

    - Normal təsir bağışlayır. Amma mövqe səhvləri çoxdur. Üstün cəhətləri də var. Birəbir mübarizələrdə sürətindən yaxşı istifadə edir. Oynadıqca özünü daha yaxşı hiss edəcək.

    - Abdullah Zubir, Leandro Andrade, Juninyu kimi futbolçuları meydana buraxmaq əvvəlcədən planınızda var idi?

    - Oyunun gedişatına görə addım atacaqdıq. Meydanda olan oyunçuların durumu vacib idi. Yorulanlar var idi. Amma əvvəldən Zubir və ya Juninyunun oynaması sırf planımda yox idi.

    - İki eyni səviyyəli heyət saxlamaq üçün limit mane olur?

    - Limit haqqında nəsə deyə bilmərəm. Eyni səviyyədə iki heyət olsa, hamı oynamaq istəyəcək. Əlimdə olan futbolçular hamısı nəticə verən oyunçulardır. Gənclərə də şans veririk. Toral Bayramov, Elvin Cəfərquliyev yavaş-yavaş püxtələşir. Ümumən bugünkü heyətimizdən razıyam. Bəlkə 1-2 əlavə futbolçu olsaydı, pis olmazdı.

    - Futbolçularınıza yayda təkliflər gələ bilər. Onlarla danışıqlara başlamısınız?

    - Heç bir danışıq yoxdur, hər şey qaydasındadır. Təklif olması da normaldır. Bu, gözləniləndir. Biz də istəyirik ki, komandanı qoruyub-saxlayaq. Mənim bildiyim qədərilə hələ heç kimə rəsmi təklif yoxdur. Transfer bazarına girməliyik ki, Azərbaycan futboluna maraq böyük olsun.

    - Hələ mart ayıdır və artıq çempionluğunuzu rəsmiləşdirmək üzrəsiniz. Bu durumu necə şərh edərdiniz?

    - Mən normal baxıram. Avropanın çox ölkəsində belə xal fərqi olub. Bu, o demək deyil ki, bizdə hamı bərbaddır. Ola bilər ki, bu il oyunumuz daha yaxşı alındı. Amma o demək deyil ki, hər il belə olacağıq.

    - Yeni AFFA rəhbərliyi təklif etsə, İcraiyyə Komitəsində təmsil olunmaq istəyərsiniz?

    - Biz Azərbaycan futbolu üçün çalışırıq. Tək özümü düşünməyim yaxşı olmaz. Bəzən olur ki, inciyirsən. Görsək ki, Azərbaycan futboluna faydası var, onda lazımi addımı atacağıq.

    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved