Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qapazaltı deyilik" - Şahin Diniyev
    15.03.2024 22:37:48

    "Oyunu iki hissəyə bölərdim. 3:0 darmadağın deməkdir. Bu hesab bir qapıya gedən, komandanın mərkəzi keçməməsi deməkdir. Amma biz 0:3 hesablı məğlubiyyətə layiq deyildik. Komanda ikinci hissədə diqtə etdi, dominantlıq göstərdi. Qol epizodlarımız çox idi. Heç bu qədər epizod yaratdığımız yadıma gəlmir. Sadəcə, keyfiyyət məsələsində geri qaldıq. İrəli baxmalıyıq. Təəccüblü olsa da, komandamın oyunundan, xarakterindən, hücumameyilli oynamasından razı qaldıq. "Neftçi" kimi böyük komandanı 90 dəqiqə ərzində təzyiqdə saxlamışıqsa, gələcəyə ümidlə baxmaq olar. Heç nə itirilməyib. Doqquz oyunluq marafonun finiş nöqtəsi var. Komanda ilə istədiyimiz yerlərə çatacağıq. Sadəcə, asan qollar buraxırıq. Cərimə meydançasına atılan hər bir top bizim üçün faciəyə bərabərdir. Üçüncü qoldan danışmaq istəmirəm. "Neftçi"yə uğurlar arzulayır, təbrik edirəm. Qarşıdakı oyunlarımıza baxmalıyıq. Düzgün yoldayıq. Bütün oyunlarda keyfiyyətli futbol oynamağa çalışırıq və bu, bizdə alınır".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XXVIII turunun "Neftçi" ilə görüşündən (0:3) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

    - İkinci hissədəki oyunu nəzərə alsaq, tablodakı nəticə düz gəlmir. Bu nə ilə əlaqədar idi?

    - Bəli, razıyam. Düz gəlmir.

    - "Səbail"də stabillik çatmır. Bu oyuna qədər müdafiə xəttində belə boşluqlar görülməmişdi. Nə baş verdi ki, müdafiənin mərkəzində bu qədər səhv oldu?

    - Hər bir komandanın uğur qazanması üçün bəzi nüanslar çox vacibdir. Onların içərisində ənənə məsələsi var. "Neftçi" bu gün pis vəziyyətdə ikinci yeri tutanda bəyənmirlər. Bu, ənənədən xəbər verir. "Səbail" yenidir. Keçən il saman çöpündən tutub Premyer Liqada qalmaq uğrunda mübarizə apardıq. Yayda komanda 80-90- faiz yenidən quruldu. Futbolda üç nüans var: stabil heyət, stabil oyun və stabil nəticə. Bu üçü bir-birinə bağlıdır. Bizdə bunlardan biri hər zaman kənara çıxır. Stabilliyin olmaması zaman məsələsidir. Komandanın qarşısına qoyulan ən minimum vəzifə həll olunub, artıq iddialılar içərisindəyik. Oyunumuz var. "Səbail" futbol oynayır. Tam əmin olmadığım yer müdafiədəki oyunumuzdur. Onu düzəldə bilməmişik. Futbolçularım yaxşıdır. Zamanla onu da yoluna qoysaq... "Səbail" Azərbaycan çempionatında ən yaxşı futbol oynayan komandalardan biridir.

    - AFFA qərar verib ki, "Səbail" Tural Bayramlıya 70 min manat pul ödəməlidir. Amma klub bunu yerinə yetirmir. Futbolçu FİFA-ya şikayət edib və martın 30-na qədər pul ödənilməlidir. Bu vəziyyət həll olunmasa, nələrin baş verəcəyi məlumdur. Transfer qadağası və avrokuboklara vəsiqə əlinizdən alına bilər...

    - Bu suala mən cavab versəm, etik normadan çıxaram. Klub rəhbərliyi var. Sualın birinci hissəsinə cavab verə bilərəm ki, mən onu yollamamışdım. 18 oyunda 53 dəqiqə meydanda olmuşdu və iki qırmızı vərəqə almışdı. Mən gələndə əvəzedici heyətdəydi. Ondan qabaq yollanmışdı.

    - Samir Abasov ötən tur bildirmişdi ki, gələcəyin komandasını qurmaq istəyir, avrokuboklara getsə, birinci mərhələdə uduzub qayıdacaq. Eyni fikri, eyni düşüncəni "Səbail"ə də aid etmək olar?

    - Ölkədən-ölkəyə çox fərq var. Komandadan-komandaya da. Bu gün baş məşqçilər asılı vəziyyətdə qalan insanlardır. Zamanın verilib-verilməməsi ikinci məsələdir. Hər kəsə bu gün lazımdır. Sabah heç kimə lazım deyil. Bu gün sabahı düşünsək, o sabah olmayacaq. Həmişə reallıqla barışmağa çalışmışam. Bu gün nəyimiz varsa, ona qane olaq. Radikal addımlar, layihə, gələcəyə addımlar..."Səbail"in yolu düzdür. "Qarabağ", "Neftçi", "Zirə" ilə başabaş futbol oynayırıq, qapazaltı komanda deyilik. Sadəcə stabillik çatışmır. Onu da zamana bağlayıram. Keçən il dedim ki, Premyer Liqada qalacağıq, qaldıq. Bu il dedim ki, iddialı olacağıq, artıq iddialıyıq. Komanda düzgün inkişaf yolundadır. Dominant oynamaq hər komandanın işi deyil. Komanda darıxdırıcı futbol oynamır. Biz sona qədər mübarizə aparacağıq. Hazırkı futbolla avrokuboklara layiqik. Futbolçularıma dedim ki, üzülməyin, futbol oynayırsınız, nəticə gec-tez olacaq. Oyun varsa, nəticə mütləq gələcək. Vay o gündən ki, oyun olmaya, amma qələbələr qazanasan. Sevinirəm ki, komandam futbol oynayır, futbolçularımla fəxr edirəm.

    - "Səbail"dən milliyə Səlahət Ağayev və Rüfət Abdullazadə dəvət edilib. Daha çoxunu gözləyirdiniz?

    - Nəsə söyləsəm, deyəcəksiniz ki, pafoslu danışırsınız. İlk işimiz klub üçün çalışmaqdır, amma həm də milliyə futbolçu yetişdirmək istəyirik. "Səbail" üçün prestijdir. Ötən il klubumuzdan10-a yaxın futbolçu yığma komandalarımıza getmişdi. Komada yox, klub olaraq inkişaf etmək istəyirik. Limitdə olan oyunçularımız ən yaxşılardır. Yusif Nəbiyev, Rafael Məhərrəmli, Adil Nağıyev də var, milliyə dəvət edilə bilər. Milliyə düşmək üçün klubda uğur qazanmalısan.

    Futbol

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48
    Futbol

    "İlk oyunda "Zirə"nin üstün olması fikri ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

    29.07.2026 22:15:54
    Futbol

    "Mərhələni keçmək istəyiriksə, Bakıdakından yaxşı oynamalıyıq" – Qurban Qurbanov

    29.07.2026 21:45:40
    Futbol

    Maluda rəsmən "Bazel"də – 4 illik müqavilə

    29.07.2026 21:14:23
    Futbol

    "Bu, möhtəşəm bir desert kimidir" - Valdas Dambrauskas

    29.07.2026 18:13:22
    Futbol

    Millimizin futbolçusu Macarıstan klubuna keçdi

    29.07.2026 17:08:40
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48

    Yunan-Roma yığmamız dünya 2-cisi oldu

    29.07.2026 22:43:24

    "İlk oyunda "Zirə"nin üstün olması fikri ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

    29.07.2026 22:15:54

    "Mərhələni keçmək istəyiriksə, Bakıdakından yaxşı oynamalıyıq" – Qurban Qurbanov

    29.07.2026 21:45:40

    Maluda rəsmən "Bazel"də – 4 illik müqavilə

    29.07.2026 21:14:23

    “Bakıda bizi çox yaxşı qarşıladılar” – Erməni dünya çempionu

    29.07.2026 20:45:32

    Güləşçilərimizdən dünya çempionatında altı medal

    29.07.2026 20:19:10

    “Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim” – Elmir Çərkəzov

    29.07.2026 19:32:07

    “Qızıl medalı səhvlərə görə əldən verdim” – Abdulrəhman Hüseynli

    29.07.2026 19:09:49

    Dünya çempionatı: Yunan-Roma güləşində "qızıl" olmadı

    29.07.2026 18:55:45

    "Bu, möhtəşəm bir desert kimidir" - Valdas Dambrauskas

    29.07.2026 18:13:22

    İtaliyalı məşhur voleybolçu Azərbaycanda oynayacaq

    29.07.2026 17:39:13

    Millimizin futbolçusu Macarıstan klubuna keçdi

    29.07.2026 17:08:40

    "Qarabağ"ın sabiq qapıçısı rəsmən Superliqa klubunda

    29.07.2026 16:44:15

    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - FOTOLAR

    29.07.2026 16:21:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved