Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azarkeşlərimizi gözəl oyunla stadiona qaytarmağa çalışacağıq" - Miodraq Bojoviç
    15.03.2024 21:29:04

    "Bizim üçün çox vacib qələbə idi. Yaxşı başladıq. İlk qolu vaxtında vurduq və keyfiyyətli oynadıq. Mark Tamaşın zədələnməsi gedişatı bir az dəyişdi. Açıq oyun getdi. Hər iki komandada yaxşı imkanlar var idi. Bu qələbədən çox razıyam və inanıram ki, bizə əlavə güvən verəcək. Növbəti oyunlarda inam artacaq. Hiss olunur ki, bəzən bizdə bu yöndə çatışmazlıq olur".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın XXVII turunun "Səbail"lə matçından (3:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

    Monteneqrolu mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    - Hücum və müdafiədə problemləriniz görünür. Nə qədər zaman lazımdır ki, istədiyiniz oyunu komandaya aşılayasınız?

    - Son iki oyunda altı qol vurmuşuq. Vacib olan odur ki, hücumlar qurub, epizodlar yaradırıq. Müdafiədə problemlərimiz var. Bu isə sırf həmin mövqedə oynayan oyunçularla bağlı deyil. Komanda şəklində bunu yaxşı etməliyik. Ümid edirik ki, qarşıdakı fasilə bizə fayda verəcək.

    - "Forza Neftçi" oyunlarınızı boykot edib. Onların stadiona qayıtması üçün nə etməyi düşünürsünüz?

    - Qələbə qazanıb, qollar vurmağa çalışacağıq ki, gözəl oyun sərgiləyək və azarkeşlər stadiona qayıtsın.

    - Azərbaycan futbolu haqqında təəssüratınız dəyişib?

    - Təbii haldır ki, indi Azərbaycan futbolunu daha yaxşı tanıyıram. Çempionat olduqca çətindir. Bütün komandalar gözəl futbol göstərməyə çalışır. Pis futbol göstərən komanda yoxdur. Komandalar hücum etməyə çalışır. Hətta son yerdə qərarlaşan "Qəbələ" sərgilədiyi oyunla o yerə layiq deyil. Çempionatın sonuna qədər hamı üçün çətin olacaq. İstənilən komanda digərinə qalib gələ bilər.

    - İlk dövrədə "Səbail" 4:2 hesabı ilə qalib gəlmişdiniz və Emin Mahmudov meydanda yox idi. Azarkeşlər "Eminsiz "Neftçi" daha yaxşı görünür" kimi fikirlər də səsləndirirdi. Bu gün də Emin yox idi və 3:0 hesabı ilə qalib gəldiniz. Eminsiz "Neftçi"nin daha yaxşı görünməsi fikri ilə razısınız?

    - Məncə, bu, sadəcə təsadüfdür. Eminin ciddi zədəsi var. O, iynə vurduraraq meydana çıxmaq barədə də soruşurdu. Amma biz risk etmədik. Emin bizim kapitanımız, vacib futbolçumuzdur. Onun oynaması bizim üçün xoşdur.

    - "Spartak"la oyun sizin üçün nə dərəcədə önəmlidir və matçdan gözləntiniz nədir?

    - "Spartak" yaxşı rəqibdir. Bu komanda ilə oynamağımız çempionatdakı növbəti matçlar üçün yaxşı hazırlıq olacaq.

    - İkinci pillə uğrunda rəqabətin getməsi avrokubok mübarizəsinə necə təsir edəcək?

    - Premyer Liqada komandalar hansısa yer uğrunda mübarizə aparırsa, demək ki, liqa yaxşı keçir. Bu rəqabət çempionatın keyfiyyətini artırır.

    - "Neftçi"nin yetirməsi Ağadadaş Salyanski haqqında nə düşünürsünüz?

    - Çox perspektivli oğlandır. Biz də onu əsas heyətə cəlb etmək istiqamətində işlər görürük. Hər şey özündən asılı olacaq.

    Futbol

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    Futbol

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41
    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved