Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Basketbolun coğrafiyasını genişləndirmək istəyirik" – Emin Əmrullayev
    30.05.2023 22:55:31

    Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev “Sabah” və “Gəncə” komandaları arasında keçirilən çempionatın final oyunundan sonra Prosport.Az-ın da müxbirinin yer aldığı brifinqdə sualları cavablandırıb:

    – Əvvəlcədən bilirdik ki, tərəflər arasında 5 oyun olsa, basketbolun ölkədə sevilməsi üçün yaxşı olacaq. Bu oyun hər şey – həyəcan, dramatiklik var idi. Qalibləri təbrik edirəm və uğurlar arzu edirəm. Qalib əslində Azərbaycan basketbolu oldu. Növbəti mövsümlərdə daha maraqlı liqa izləmək arzusu ilə ayrılırıq.

    – Avrokuboklara komandalarımız gedəcək? Əgər yollanacaqsa, neçə komanda ilə təmsil olunacağıq?
    – Bununla bağlı tələblər ola bilər. Hazırda qitə qurumu ilə danışıqlar gedir. Federasiya olaraq avrokuboklarda iştirak etmək istəyirik. İyunun sonlarında biləcəyik. Biz istəyirik və inanırıq ki, alınacaq. Ciddi maneə görmürük.

    – Hansı komandaya azarkeşlik edirsiniz?
    – Mən basketbola azarkeşlik edirəm, dəstəklədiyim komanda yoxdur.

    – Gələn mövsüm reqlamentdə dəyişiklik olacaq?
    – İstəyirik ki, klubların sayı çox olsun. Bir çox klubların marağı var. Çalışacağıq ki, cəlb edək. Növbəti mövsüm 10-12 komandalı çempionat təşkil etmək istəyirik.

    – Bölgə klublarının gəlişi gözlənilir?
    – Bəli. Basketbolun coğrafiyasını genişləndirmək istəyirik.

    – Legioner limiti ilə bağlı dəyişiklik olacaq?
    – Klubların sayının artması əcnəbi limitinin 4+1 olmaq ehtimalını artır. Yerli oyunçuların sayı hələ o qədər çox deyil. Hazırda klub sayının artırılması yönündə çalışırıq

    – Millinin baş məşqçisi ilə bağlı qərar veriləcək?
    – Kişilərdən ibarət Azərbaycan millisi C divizionunda çıxış edir. Növbəti mövsümdən ənənəvi seçmə turnirlərə qatılmağı düşünürük. İlkin təsnifat mərhələsində oynaya bilərik. Bu, FIBA ilə noyabrda aparılacaq danışıqlardan asılı olacaq. Təsnifat mərhələlərində qalib olsaq, ənənəvi turnirə qatılacağıq. Əks təqdirdə, yəqin ki, növbəti il də C divizionunda oynayacağıq. Bu dəqiqləşəndən sonra milli komandanın baş məşqçisi məsələsi ilə bağlı qərar da verəcəyik. Hazırda müzakirə mövzusu deyil. Yerli məşqçilərin və seleksiyaçıların daimi nəzarəti var. Ayrı-ayrı milli oyunçuları və namizədlərlə bağlı statistika toplanır. Yığmanın vaxtı çatanda bununla bağlı qərar statistikalara uyğun veriləcək.

    – "Qarabağ" FK və "Turan Tovuz" PFK rəsmiləri bu oyunu izlədilər. Bu klublar gələn mövsüm çempionatda çıxış edəcəklər?
    – Hələ ki nəsə demək çətindir. İstəyimiz daha çox klubun olmasıdır. Hansı klubların olacağını indi demək düzgün olmaz.

    – Futbolda federasiya klublara dəstək olur. Basketbolda da bu mövsüm belə oldu. Gələn mövsüm necə olacaq?
    – Bu il əldə olunmuş nailiyyətlərlə sponsor cəlb ediləcəyinə inanırıq. İstəyimiz budur.

    – "Neftçi"nin Müşahidə Şurasında yer alırsınız. Klub Azərbaycan kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaq. Fikirləriniz necədir?
    – Yalnız basketbolla bağlı suallara cavab vermək istəyirəm.

    Digər idman növləri

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03
    Digər idman növləri

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55
    Digər idman növləri

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54
    Cüdo

    Beşqat olimpiya çempionundan Bakıda yarışan cüdoçulara müraciət

    7.10.2026 12:31:45
    Digər idman növləri

    VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək

    6.10.2026 20:20:38
    Digər idman növləri

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55

    "Medallarımızın sayı daha çox olacaq" - Murad Fətiyev

    8.10.2026 19:50:12

    "İmişli" onlarla yollarını ayırdı

    8.10.2026 19:40:32

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54

    Azərbaycan cüdosunda tarixi rekord: 5-ci medal qazanıldı - YENİLƏNİB

    8.10.2026 18:46:29

    "Səbail" - "Karvan-Yevlax" matçında qollu "sülh"

    8.10.2026 18:17:40
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved