Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Boks yığmamız Paris Olimpiadasına ən çox lisenziya qazanan ölkələr sırasında
    12.03.2024 12:43:22

    İtaliyanın Busto Arsitsyo şəhərində keçirilən boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri başa çatıb.

    Prosport.Az xəbər verir ki, 113 ölkədən 602 boksçu 9 gün ərzində Paris-2024 Yay Olimpiya Oyunlarına 49 lisenziya uğrunda mübarizə aparıb.

    Kişi boksçular 28, qadınlar 21 vəsiqənin sahibini müəyyənləşdiriblər. Azərbaycanın kişilərdən ibarət yığması İtaliyada uğursuz çıxış edib. Komandamız cəmi 1 lisenziya qazanıb.

    51 kq çəkidə qüvvəsini sınayan Nicat Hüseynov bütün rəqiblərinə qalib gələrək Fransa paytaxtında iştirak hüququ qazanıb. O, boks millimizin Parisə lisenziya əldə edən 3-cü təmsilçisidir. Nicata qədər Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) buna nail olub.

    Busto Arsitsyoda keçirilən turnirdə kişilərin mübarizəsində yalnız 21 ölkənin kişi boksçuları lisenziya qazanmağı bacarıb. Azərbaycan yığmasının da yer aldığı “21-lik”dən yalnız Qazaxıstan və Özbəkistan birdən artıq vəsiqəyə sevinib.

    Digər 19 yığma, o cümlədən Azərbaycan millisi bir lisenziya əldə edib. Bu 19 ölkə sırasında zəngin boks ənənələrinə malik Kuba və ABŞ da var. Meydan sahibləri – italiyalılar və qardaş ölkə Türkiyənin boksçuları da yalnız 1 lisenziya ilə kifayətlənib.

    Nicat Busto Arsitsyoda uğur əldə edən yeganə qafqazlı idmançı olub. Azərbaycandan fərqli olaraq, nə Gürcüstan, nə də Ermənistan Parisə lisenziya qazanıb.

    Ümumi siyahıda isə Azərbaycan 7-11-ci yerləri bölüşür. Yığmamızla yanaşı, ABŞ, Türkiyə, İtaliya və İrlandiya da 3 lisenziyaya sahibdir. Azərbaycan millisi Qafqazda da boksun lideridir. Gürcüstan cəmi 1 vəsiqə qazanıbsa, Ermənistan lisenziya əldə etməyib.

    Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

    Busto Arsitsyoda lisenziya qazanan ölkələrin siyahısı

    Ölkə lisenziya
    Qazaxıstan 5
    Özbəkistan 5
    AZƏRBAYCAN 1
    İtaliya 1
    Kolumbiya 1
    Almaniya 1
    Böyük Britaniya 1
    Norveç 1
    Braziliya 1
    Bolqarıstan 1
    Kuba 1
    Fransa 1
    Macarıstan 1
    İrlandiya 1
    İordaniya 1
    Puerto Riko 1
    İspaniya 1
    Tacikistan 1
    Türkiyə 1
    ABŞ 1
    Venesuela 1

    Döyüş növləri

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Boks

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Boks

    Boksçularımızdan Avropa çempionatına uğurlu start

    18.09.2026 10:23:24
    Döyüş növləri

    Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri bilindi

    16.09.2026 21:40:54
    Boks

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    14.09.2026 16:07:03
    Boks

    Azərbaycan Avropa çempionatını 2 medalla başa vurdu

    21.08.2026 20:25:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved