Türkiyənin Antalya şəhərində keçiriləcək karate üzrə Premyer Liqa turnirində Azərbaycanın 8 təmsilçisi mübarizə aparacaq.
Prosport.Az xəbər verir ki, reytinq yarışında Roman Heydərov katada bacarığını göstərməyə çalışacaq.
Kumitedə Fərid Savadov, Əminağa Quliyev (hər ikisi 60 kq), Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq), həmçinin qadınlarda Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq) və Renata Ərəbli (61 kq) mübarizə aparacaq.
Olimpiya mükafatçısı, üçqat dünya və ikiqat Avropa çempionumuz İrina Zaretskaya bu yarışda mübarizə aparmayacaq.
Qeyd edək ki, 2025-ci ildə Misirin paytaxtı Qahirədə keçiriləcək dünya çempionatına lisenziya qazanmaq üçün keçirilən yarış martın 15-17-də təşkil olunacaq.

