İtaliyanın Busto Arsitsyo şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində daha bir boksçumuz Paris Olimpiadasına lisenziya qazana bilməyib.
Prosport.Az-ın xəbərinə görə, Ümid Rüstəmov (57 kq) 1/8 finalda Əsrar Vahidova (Tacikistan) 0:5 uduzaraq mübarizəni dayandırıb.
Ancaq dünya mükafatçısı Sərxan Əliyev (71 kq) Qurqen Madoyana (Ermənistan) 3:2 qalib gələrək lisenziya qazanmaq şansını saxlayıb. O bu gün lisenziya üçün dünya və Asiya çempionu Aslanbəy Şımberqenovdan (Qazaxıstan) üstün olmağa çalışacaq.
Qeyd edək ki, Ümid Rüstəmovdan başqa, daha 6 boksçumuz mübarizəni dayandıraraq lisenziya qazana bilməyib. Sərxan Əliyevdən başqa, bu gün Nicat Hüseynov (51 kq) da lisenziya qazanmağa çalışacaq.
